Göyçayda su kanalında meyit tapıldı
1382
13 Nov 2024 | 12:25

Göyçayda su kanalında meyit tapıldı

Göyçayın Hacalıkənd kəndində su kanalında meyit tapılıb.
 
Moderator.az xəbər verir ki, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini İlkin Bəhram oğlu Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan çıxarılıb.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər