Ərdoğan Bakıda Böyük Britaniyanın baş naziri ilə görüşdü
Siyasət
1577
12 Nov 2024 | 14:34

Ərdoğan Bakıda Böyük Britaniyanın baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
 
Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.
 
Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər