22 yaşlı türk tələbənin yataqxanadan meyiti tapıldı
2517
11 Nov 2024 | 16:13

22 yaşlı türk tələbənin yataqxanadan meyiti tapıldı

Türkiyədə 22 yaşlı tələbənin meyiti qaldığı yataqxananın bağında tapılıb.
 
Milli.az haberler-ə istinadən xəbər verir ki, Malatyada universitet yataqxanasının bağında 22 yaşlı tələbə Hatice Tunçun meyiti tapılıb.
 
Hadisə ilə bağlı gənc qızın atası "Qızım ölməzdən əvvəl axşam saat 22:00 radələrində zəng etdi və 20 dəqiqə danışdıq. Heç bir problemi olmadığını dedi və Hataydan kofe istədi, imtahan həftəsi idi, zarafatlaşırdıq " sözlərini deyib.
 
Ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizasının rəyini gözləyir.
 
Gənc qızın cənazəsi ailəsi tərəfindən Hatayın Yayladağı mahalına gətirilib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər