İran İsrail sionist rejiminin cilovlanması üçün beynəlxalq birliyə müraciət edib
3529
11 Nov 2024 | 00:53

İran İsrail sionist rejiminin cilovlanması üçün beynəlxalq birliyə müraciət edib

"İsrail rejimi atəşkəslə bağlı bütün təklifləri rədd edərək soyqırım cinayətlərini davam edib, beynəlxalq birlik isə onu dayandıra bilməyib..."
 
İran İslam Respublikası xarici işlər naziri Abbas Araqçı beynəlxalq birliyə müraciət edərək Yaxın Şərqdə geniş miqyaslı müharibənin başlanmasının ağır nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Tehranda keçirilən "Nəsrullah məktəbi" beynəlxalq konfransda çıxışı zamanı bəyan edib. Məlumatı İranın "Tasnim" informasiya agentliyi yayıb.
 
Abbas Araqçı İsrail rejiminin cilovlanması üçün birgə qlobal səylərə çağırış edib. "Dünya bilməlidir ki, böyük müharibənin nəticələri regionla məhdudlaşmayacaq, həm də ən uzaq rayonlara yayıla bilər", - İranın baş diplomatı deyib.
 
O, beynəlxalq birliyə ədalətli atəşkəsə və Livan xalqına yardım göstərilməsinə çağırış edib.
 
Araqçı İsrailin sionist rejimini atəşkəslə bağlı bütün təklifləri rədd etdiyinə və soyqırım cinayətlərini davam etdirdiyinə, beynəlxalq birliyi isə İsraili dayandıra bilmədiyinə görə kəskin tənqid edib.
 
O, İranın Müqavimət cəbhəsinə sadiqliyini təsdiq edib və bəyan edib ki, Müqavimət Qüvvələri təkcə raket və hərbi texnika ilə silahlanmayıb, həm də şəhidlərin qanı ilə güclənib", - məlumatda deyilir.
 
Bundan öncə xəbər verildiyi kimi, İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif Donald Trampa müraciət edərək Ağ Evə dönəcəyi təqdirdə İranla bağlı siyasətinin dəyişəcəyinə ümid etdiyini ifadə edib. 
 
O, Trampa iki ölkə arasında gərginliyin yalnız artmasına gətirib çıxaran maksimal təzyiq siyasətindən imtina etməyə çağırış edib.
 
Bu müraciət 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxdıqdan sonra uranın 3, 5 faizdən 60 faizədək xeyli zənginləşdirilməsi barədə məlumatlar fonunda edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər