AFFA rəsmisinə UEFA-dan TƏYİNATxa0
İdman
1964
10 Nov 2024 | 18:25

AFFA rəsmisinə UEFA-dan TƏYİNATxa0

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
 
O, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
 
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.
Link kopyalandı!
Son xəbərlər