Pompeo və Heyli Tramp administrasiyasında təmsil olunmayacaq
Ekskluziv
1783
10 Nov 2024 | 15:10

Pompeo və Heyli Tramp administrasiyasında təmsil olunmayacaq

"Rusiyanın ABŞ və Avropa ölkələri ilə hətta uzaq tərəfdaş olacağını düşünmək ağılsızlıqdır..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün birinci administrasiyasından iki yüksək vəzifəli şəxslərin-sabiq Dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heylinin təkrar təyin edilməsi imkanını istisna edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Mənim üçün bu şəxslərlə əvvəllər işləmək çox xoş olub və mən onlara ölkəmizə xidmətə görə minnətdaram", - Tramp özünün "Truth Sosial" şəbəkəsində yazıb.
 
Mayk Pompeo ABŞ-ın Dövlət katibi postunda olarkən Rusiyanın xarici və daxili siyasətini və bununla bağlı digər ölkələrin Kremlə münasibətini tənqid edib. 
 
Belə ki, 2019-cu ildə o, NATO-ya Rusiyanı ölkədə avtoritarizm təhlükəsinə görə ləyaqətli tərəfdaş kimi qəbul etməməyə çağırış edib.
 
"Rusiyanın dünyada terrorçuluqla mübarizə və ya düynada azadlıq, çiçəklənmə və iqtisadi rifahın yüksəldilməsi kimi ümumi təşəbbüslərimizdə ləyaqətli tərəfdaş olacağını düşünmək, Rusiyanın ABŞ və ya Avropa ölkələri ilə hətta uzaq tərəfdaş olacağını düşünmək ağılzıslıq olardı", - o, deyib. 
 
İyul ayında Pompeo Ukrayna barəsində özünün "quzğun planını" ifadə edib, bu plana silah tədarükünün artırılması və Rusiyanın energetika sektoruna qarşı sərt tədbirlər daxil olub.
 
Nikki Heyli bir müddət prezident kreslosu uğrunda mübarizədə Trampa qarşı olub. O, 2024-cü il martın əvvəlinədək onun rəqibi olub, seçkiöncəki niqtlərində bəyan edib ki, Trampın seçiləcəyi təqdirdə ölkəni xaos gözləyəcək.
 
Lakin Heyli partiyasının əksəriyyət üzvlərinin dəstəyini qazana bilməyib. O, mart ayında Trampın bir gecədə müxtəlif ştatlarda keçirilən partiyadaxili 15 praymeriz seçkilərinin 14-də qələbə qazanmasından sonra seçkilərdə öz namizədliyini geri götürüb. Bununla əlaqədar olaraq Heyli öz tərəfdarlarını Trampa səs verməyə çağırış edib.
 
May ayında Heyli Qəzzada müharibə başlanandan İsrailə gəlib və dərhal bəyan edib ki, yəhudi dövləti Qəzzada müharibə ilə bağlı prezident Co Baydenin qoyduğu məhdudiyyətləri görməzdən gəlməlidir. 
 
Bunun əvəzinə, Heylinin fikrincə, Qəzzada döyüş əməliyyatları HƏMAS-ın tam məhvinədək davam etdirilməlidir. O, həmçinin Rusiyanı HƏMAS-ın İsrailə hücuma hazırlaşdığı zaman yardımına, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsində ittiham edib.
 
"Heylinin Trampın ikinci administrasiyasında vəzifəyə hədəfləndiyi aydın deyil. Lakin bəzi məlumarlara görə, Pompeo müdafiə naziri vəzifəsinə təyin ediləcəyini düşünüb", - bu barədə "Politico" nəşri yazıb.
Link kopyalandı!
Son xəbərlər