Xaçmazda qadın dəm qazından boğularaq ölüb
1836
08 Nov 2024 | 23:24

Xaçmazda qadın dəm qazından boğularaq ölüb

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.
 
Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib.
 
Onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.(APA)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər