Bakının bu istiqamətlərinə avtobuslar pulsuz işləyəcək
Cəmiyyət
1698
08 Nov 2024 | 18:00

Bakının bu istiqamətlərinə avtobuslar pulsuz işləyəcək

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə metronun “Əhmədli” stansiyasına hərəkət edəcək.
 
Sözügedən marşrutlar 10 noyabr tarixindən fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək
 
Link kopyalandı!
Son xəbərlər