ABŞ prezidentləri Qurandan hüquqi istinad kimi necə istifadə ediblər?..-ARAŞDIRMA
Ekskluziv
2761
07 Nov 2024 | 10:33

ABŞ prezidentləri Qurandan hüquqi istinad kimi necə istifadə ediblər?..-ARAŞDIRMA

ABŞ Konqres Kitabxanasının əsas binasında Quran necə peyda  oldu?.. 
 
Vaşinqtonda, Birləşmiş Ştatların Kapitoli ilə üzbəüz Cefferson binası yerləşir. Bu, Konqres Kitabxanasının əsas binasıdır - 140 milyondan çox kitab və digər çap nəşrləri olan dünyanın ən böyük oxu zalıdır. Neoklassik görünüşü, mis günbəzi və mərmər salonları ilə əzəmətli olan bu bina ABŞ-nin “qurucu atalarından” biri olan Tomas Ceffersonun adını daşıyır. Prezident kimi o, 1814-cü ildə institutu qanuniləşdirib və İngiltərə-Amerika müharibəsi zamanı Britaniya qoşunları tərəfindən yandırılan kitabxananın 3000 cildlik kolleksiyası məhv olduqdan sonra, o, itkilərin əvəzi kimi öz geniş kitab kolleksiyasının bir hissəsini (bəzilərinə görə hamısını) satmağı təklif edib.  Ceffersonun kitabxanaya satdığı 6500 kitab arasında Quranın iki cildlik ingiliscə tərcüməsi də olub. Bu Quranın əvvəlcə Ceffersonun şəxsi kitabxanasında, sonra isə Konqres Kitabxanasında peyda olması çoxlu suallar yaradır...
Cefferson Quran kitabını hansı məqsədlə əldə edib, ondan necə istifadə edib və nə üçün onu gənc Amerika millətinin bilik deposuna daxil edib?..
 
Gəncliyindən Tomas Cefferson çoxlu sayda kitab oxuyub və toplayıb: nəhayət, Konqres Kitabxanasına bağışladığı kolleksiya klassik fəlsəfədən tutmuş kulinariyaya qədər 6487 cilddən ibarət olub. Dövrünün bir çox kolleksiyaçıları kimi, Cefferson da kitablarını nəinki kataloqlaşdırıb, həm də onlara öz qeydlərini qoyub. Məhz onun  kitabları qeyri-adi etiketləmə üsulu bugünkü Konqres Kitabxanasındakı milyonlarla cild arasında bu Quranın əslində ona məxsus olduğunu müəyyən etməyə imkan verir. Ceffersonun kitabları 44 kateqoriyaya ayırması əsasən Frensis Bekonun iş prinsipinə əsaslanırdı. Bekonun fikrincə, insan ağlı üç qabiliyyətdən ibarətdir: yaddaş, ağıl və təxəyyül. Bu üçlülük Ceffersonun tarix, fəlsəfə və təsviri sənətə aid əsərləri yerləşdirmək üçün təşkil etdiyi kitabxanasında öz əksini tapdı. Ceffersonun kitabxana kataloqu sistemi Quranın onun düşüncəsində tutduğu yerə işıq salır...
 
Maraqlıdır ki, Cefferson gözlənildiyi kimi dini əsərləri tarix və ya əxlaq kitabları kimi təsnif etməyib, onların yerinin fiqhdə, yəni hüquqşünaslığa dair kitablar arasında olmalı olduğuna inanıb. Alim Frenk Dyui Ceffersonun bir çox kitablarını sifariş etdiyi "Virginiya Qəzeti"nin qeydlərini nəzərdən keçirərkən aşkar edib ki, Cefferson Quranın bu nüsxəsini təxminən 1765-ci ildə, hələ Virciniyadakı Uilyam və Məryəm Kollecində hüquq tələbəsi olarkən satın alıb.  Ceffersonun Qurana olan hüquqi marağı misilsiz deyildi. Əlbəttə ki, Quranın təfsirinə əsaslanan bütöv bir İslam hüquq ənənəsi (şəriət) mövcuddur. Lakin Ceffersonun öz ənənəsinə daha yaxın bir nümunəsi var: müqayisəli hüquq üzrə standart əsər olan, alman alimi Samuel von Pufendorf tərəfindən yazılmış və ilk dəfə 1672-ci ildə nəşr olunan  “The Laws of the Laws”-"Təbiət və xalqların qanunları" kitabı...
Pufendorf Quranın əxlaqi davranışı təşviq etməsi, qumar oynamağın qadağan edilməsi və müharibə edən ölkələr arasında sülhə çağırışı da daxil olmaqla onun hüquqi presedentlərini təqdirlə qeyd edib. Digər görkəmli alim Kevin Heysin yazdığı kimi: “Hüquq sahəsində araşdırmalarını mümkün qədər genişləndirmək istəyən Cefferson Quranı öz diqqətinə layiq gördü”...
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər