Dünya
397
19:23, Bu gün

"Hizbullah" İsraillə danışıqlar üçün şərtini açıqladı

"Livanın İsraillə dolayı danışıqlara başlamasının şərti yalnız hərbi əməliyyatların tam dayandırılması ola bilər".
 
Bunu "Hizbullah" hərəkatının baş katibi şeyx Nəim Qasım "Əl Manar" kanalı ilə yayımlanan televiziya müraciətində deyib.
 
"Dolayısı ilə danışıqlar yalnız o zaman başlayacaq ki, düşmən İsrail öz təcavüzünü dayandırmaq qərarına gəlsin. Livanın suverenliyinə hər hansı bir müdaxilənin qarşısını almaq üçün "Hizbullah" adından danışıqları respublika parlamentinin spikeri Nəbih Berri aparacaq", - deyə şeyx bildirib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər