Tramp ilk açıqlamasında vəd verdi
Siyasət
2071
06 Nov 2024 | 12:08

Tramp ilk açıqlamasında vəd verdi

Tarix yazdıq.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçki qərargahında keçirdiyi brifinqdə bildirib.
 
“47-ci prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tramp seçicilərinə xitabən deyib.
 
O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib.
 
ABŞ üçün "qızıl əsr" vəd edən Donald Tramp Senata nəzarəti bərpa etdiklərini də vurğulayıb.
 
Qeyd edək ki, ilkin nəticələrə görə, Donald Tramp rəqibi, demokrat Kamala Harris üzərində inamlı qələbə qazanıb. Eyni zamanda, respublikaçılar Senat və Nümayəndələr Palatasında da üstünlük əldə ediblər
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər