İranlı tələbə qız əxlaq polisinin davranışına etiraz edərək alt paltarda küçəyə çıxıb...
3814
03 Nov 2024 | 20:07

İranlı tələbə qız əxlaq polisinin davranışına etiraz edərək alt paltarda küçəyə çıxıb...

"Tələbə qız saxlanılan zaman zorakılığa məruz qalıb, ciddi ruhi sarsıntı keçirib və ruhi xəstəxanaya salınıb..."
 
Tehranda "Azad" İslam Universitetindən gənc tələbə qız hicab gəzdirilməsi qaydalarının pozulması səbəbindən təhlükəsizlik xidməti əməkdaşlarının hücumuna etiraz əlaməti olaraq paltarını soyunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "İran İnternational" nəşri məlumat yayıb. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
 
Məlumatda deyilir ki, "əxlaq polisi" nümayəndələri onun paltarını cırıb, bundan sonra tələbə qız paltarını soyunub və kampusun ərazisində alt paltarda olub.
 
"Azad" Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əmir Məhcub onun həbs edilməsini təsdiq edib və bəyan edib ki, kampusun mühafizəsi tələbəni hüquq-mühafizə orqanlarına təhvil verib. 
 
Yerli hakimiyyət məlumat verib ki, tələbə qız ciddi ruhi sarsıntı keçirib və ruhi xəstəxanaya salınıb.
 
"Əmir Kabir Newsletter" tələbə "Telegram-kanal"ının məlumatına görə, həbs zamanı tələbə zorakılığa məruz qalıb, onun başına zərbə endirilib və qanaxma baş verib, hadisə yerində qan izləri qalıb.
 
Bu insident İran qadınlarının öz hüquq və azadlıqarı uğrunda mübarizə rəmzinə çevrilən mütləq hicab gəzdirilməsinə qarşı artan müqavimətini əks etdirir.
 
2022-ci ilin sentyabrında Məhsə Əminənin ölümündən sonra İranda "Qadın, həyat, azadlıq" adlı kütləvi hərəkat başlayıb.
 
Buna cavab olaraq İran hakimiyyəti "Noor" layihəsini işə salaraq "müsəlman dres-kodu"na riyayət edilməsinə nəzarəti gücləndirib, nəticədə ictimai yerdərdə güc strukturları və "əxlaq polisi"nin iştirakı artıb. 
 
"Əl-Zəhra" Universiteti də daxil olmaqla bəzi universitetlərdə qaydalara əməl edilməsi və hicab gəzdirməyən tələbələrin ali məktəblərə girişinin  məhdudlaşdırmasını izləmək üçün şəxslərin tanınması sistemi tətbiq edilib.

 

Link kopyalandı!
Son xəbərlər