COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
Cəmiyyət
1436
01 Nov 2024 | 17:44

COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək

COP29 zamanı iştirakçıların hərəkətini daha səmərəli təşkil etmək üçün şəhər daxilində müəyyən marşrut xətlərində dəyişiklik olacaq. Tədbir boyunca müxtəlif nəqliyyat vasitələri üzrə yeni marşrutlar fəaliyyət göstərəcək və əsas nəqliyyat qovşaqları ilə tədbir məkanları arasında davamlı hərəkəti təmin etmək üçün xüsusi avtobus xətləri təşkil ediləcək.
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev noyabrın 1-də keçirilən “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
 
A.Rzayev bildirib ki, dəyişikliklər iştirakçıların daha rahat və çevik tədbir məkanlarına çatmalarını təmin etmək məqsədi daşıyır.
 
“Nəqliyyat qovşaqlarında yönləndirmə və məlumatlandırma işləri aparılacaq. Beləliklə, tədbir iştirakçıları hər bir mərhələdə lazım olan dəstəyi ala biləcəklər. Bu marşrutlar və nəqliyyat qovşaqları haqqında daha ətraflı məlumat isə COP29 rəsmi saytında təqdim ediləcək”, - deyə Anar Rzayev əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər