Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
Dünya
1539
27 Oct 2024 | 20:12

Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı

Nigeriyanın paytaxtında çökən yaşayış binasının dağıntıları altında azı 40 nəfər qalıb.
 
Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə Abuca vilayətinin Sabon Luqbe bölgəsində baş verib.
 
Xilasedicilər və könüllülər dağıntıları təmizləyirlər. Beş nəfər xilas edilib.
 
İlk məlumatlara görə, uçan bina hələ tam tikilməyib.
Link kopyalandı!
Son xəbərlər