ABŞ konqresinin nəzarət agentliyi dünyanın ən bahalı silah proqramı olan F-35-lərlə bağlı maraqlı bəyanat yayıb.
Moderator.az xəbər verir ki, Agentlik bəyanatında F-35-lərin minimim döyüş hazırlığına cavab vermədiyini bildirib. Məlumatda qeyd olunur ki, F-35 qırıcı təyyarəsi bütün təbdbirlərə rəğmən 6 il ərzində hazırlıq səviyyəsinə çata bilməyib. Bundan başqa, təyyarəyə texniki xidmət üçün tələb olunan vəsait də gözlənildiyindən əhəmiyyətli dərəcədə çox olub.
Xatırladaq ki, ABŞ bugünə qədər öz müttəfiqlərinə 1000-dən çox F-35 satıb. İlk F-35-lər isə 2015-ci ildə ABŞ-ın Dəniz Piyadalarının istismarına verilib.
ABŞ-ın F-35-lərlə bağlı bəyanatının dünya dövlətlərinin bu təyyarələrə olan marağını əəhmiyyətli dərəcədə azaldacağı ehtimal edilir. ABŞ-ın özünün də F-35 proqramına ayrıdığı vəsaitələri tədricən azaldacağı, bu silah proqramı ilə tədricən vidalaşacağı gözlənilir.
Seymur ƏLİYEV