“Azərbaycanı SSRİ-dən ayırmağa çalışan” BDU məzunu ömrünün 10 ilini Sibirdə yaşamalı oldu...
Ekskluziv
Oxunub: 1565
19 Oct 2024 | 11:27
“Azərbaycanı SSRİ-dən ayırmağa çalışan” BDU məzunu ömrünün 10 ilini Sibirdə yaşamalı oldu...
“Muzey direktoru kimi orada çalışan qeyri-azərbaycanlıları işdən çıxarmışdır. Məsələn, Klyuçevskaya, Sərkisova və Leviatova. Əksinə, Sovet hakimiyyətinə düşmən münasibət bəsləyən adamlar işə qəbul edilib. Məsələn İsmayılov, Nəcəfov...”
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada:)
 
“Tarix fakültəsinin məzunu: Möhsüm Salamov
 
Repressiyaya məruz qalmış şəxslərdən biri də Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, sonralar Dövlət Muzeyinin direktoru vəzifəsinə qədər yüksəlmiş Salamov Möhsüm Əsgər oğlu olmuşdur.
24 aprel 1938-ci ildə həbsdə olduğu zaman yazılmış anketdə göstərilib ki, o, 1905-ci ildə Şəki şəhərində anadan olmuşdur. Həbs olunan vaxt Bakı Univermağının bədii rəhbəri olmuş Salamov Bakı şəh. Voroşilov küçəsi ev 3-də yaşamışdır.
 
İstintaq materiallarına görə, M.Salamov ÜİK(b)P-nın üzvlüyünə namizəd olmuş, 2 mart 1938-ci ildə partiya sıralarından xaric  edilmişdi. Həbs olunanda onun dörd qardaşı olmuşdur: 42 yaşlı Vahid, 40 yaşlı Saleh, 25 yaşlı Qurbanəli, 22 yaşlı Əmin . 
 
Atası, anası və özünün evli olub, olmaması barədə heç bir məlumat yazılmayıb. Anketin doldurulma tarixi 24 aprel 1938-ci il göstərilmişdir .
 
M.Salamovun istintaq işini Azərb. SSR XDİK DTİ-nin IV şöbəsinin rəisi, təhlükəsizlik kapitanı Rasskazçikov həyata keçirmişdir. Yekun istintaq qərarını Azərb.SSR XDİ Komissarı, təhlükəsizlik mayoru Borşov təsdiq etmişdir .   
 
23 fevral 1938-ci ildə XDİK Borşovun ”razıyam” dərkənarından sonra həbs edilən BDU-nun Tarix fakültəsinin keçmiş tələbəsi Salamov “əim təşkilatın üzvü kimi ifşa edilmişdir”.                                                
 
3 fevral 1938-ci ildə yazılmış 2778 saylı orderlə onun evində axtarış aparılmış, lakin istintaq üçün maraqlı heç nə aşkar edilməmişdir.    
 
Bir ildən çox çəkən istintaqdan sonra 22 aprel 1939-cu ildə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının III dərəcəli Hərbi hüquqşünası Mamayevin sədrliyi, Vəkilov və Kresmovun üzvlüyü ilə vəkilsiz və şahidsiz iclası keçirilib.
 
Azərbaycan SSR cinayət məcəlləsinin 64,70 və 73-cü maddələri ilə ittiham olunan Salamovun işinə baxan məhkəmə müəyyən etmişdi: 
 
“... Salamov 1935-ci ildə Azərbaycanda fəaliyyət göstərən əks-inqilabçı millətçi təşkilata cəlb edilib. Bu təşkilat öz qarşısına silahlı üsyan yolu və partiya, sovet rəhbərliyinə qarşı terror etməklə Azərbaycanı SSRİ-dən ayırmağı məqsəd qoymuşdur...
 
Bu əks-inqilabçı millətçi təşkilata üzv olan Salamov təşkilatın rəhbərliyinin göstərişlərini yerinə yetirib. Həmçinin muzey direktoru kimi orada çalışan qeyri-azərbaycanlıları işdən çıxarmışdır. Məsələn, Klyuçevskaya, Sərkisova və Leviatova. Əksinə, Sovet hakimiyyətinə düşmən münasibət bəsləyən adamlar işə qəbul edilib. Məsələn İsmayılov, Nəcəfov.
 
Bundan başqa Salamov əks-inqilabi təşkilatın ideoloqlarından olan Qubaydullinlə sıx əlaqə saxlamış və ona kömək etmişdir.
 
Eyni zamanda Salamov XDİK işçilərindən öz keçmişini, əks-inqilabi millətçi təşkilata mənsubluğunu gizlətməklə ikiüzlülük etmişdi”.
Beləliklə, yuxarıdakıları nəzərə alaran Hərbi Tribunal Salamovu Azərbaycan SSR Cinayət Məcəlləsinin 64,70 və 73-cü maddələri ilə təqsirli bilib onu 10 (on) il azadlıqdan məhrum edib.
 
Məhkəmənin qərarı ilə həbsin başlanğıc tarixi 23 fevral 1938-ci il götürülmüşdür. Qərara əsasən cəzanın ilk beş ili qapalı həbsxanada keçməli idi.
 
Lakin M.Salamov bu hökmlə razılaşmır. Yuxarı orqanlara günahsızlığı barədə şikayət məktubu yazıb. Bu məktubdan sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası  29  sentyabr 1939-cu ildə Salamovun kassasiya şikayətinə baxır.
 
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası briqada hərbi hüquqşünası Kadibinin sədrliyi, briqada hərbi hüquqşünası Dmitrevin və II dərəcəli hərbi hüquqşünas Çeppevun üzvlüyü ilə iclası keçirilib. Baş hərbi prokurorun köməkçisi Geolenyan Dmitrievin məruzəsini dinləyərək Hərbi kollegiyanın 22 aprel 1939-cu il qərarını qüvvədə saxlayır, müəyyən edir ki, Salamovun şikayətində hökmü dəyişmək üçün əsas yoxdur. 
 
Beləliklə, Möhsün Salamov həyatının on ilini Sibirdə keçirməyə məcbur oldu.
 
O, Stalinin vəfatı və keçən yüzilin 50-ci illərinin ortalarında SSRİ-də yaranmış ictimai-siyasi vəziyyətdən sonra günahsız yerə repressiya olmuşlara verilən bəraət prosesindən yararlanmaq məcburiyyətində qalır.
M.Salamov SSRİ Ali Sovetinin Rəyasət heyətinə, SSRİ Baş prokurorluğuna günahsızlığı, 1939-cu ildə ona verilmiş cəzanın ədalətsiz olması, istintaqın saxtakarlıqla aparılması və s. ilə  bağlı şikayət məktubu yazıb.
 
Bu məktubdan sonra, nəhayət 28 noyabr 1956-cı ildə  SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ədliyyə polkovniki Stuçekanın sədrliyi, ədliyyə polkovniki Qulyakov və ədliyyə polkovniki Çıplunskinin üzvlüyü ilə Salamovun işinə yenidən baxıb.
 
Məhkəmədə Salamovun vaxtı ilə həbs olunduğu maddələr sadalanıb, ittiham aktı, hökm və kassasiya şikayəti haqqında məlumat verilib. Baş Hərbi Prokurorun köməkçisi, ədliyyə polkovniki Komarovun işlə bağlı məruzəsini dinləyən Məhkəmə qərara alıb: ”...Salamov özünü günahkar hesab etmir. İstintaq zamanı ona qarşı zorakılıq tətbiq edilmişdir. İlkin istintaqda ifadələr qanunsuz metodlarla alınmışdır. Həbs əsaslandırılmayıb. İşdə adı keçən adamlardan H.Sultanov, M.Hüseynov və digərləri bəraət alıb,  digərlərinin-Çobanzadə, Zeynallı, Qubaydullin, Xuluflu və Həsənbəyovun işlərinə də bəraət verilməsi üçün baxılır.
 
Əlavə araşdırmada şahidlər Abbas Nəbiyev və Saleh Abdullazadə Salamovu müsbət xarakterizə ediblər. Yuxarıda deyilənləri nəzərə alaraq Salamov Möhsüm Əsgər oğluna bəraət verilsin”.  
 
Beləliklə,məhkəmə yaranmış yeni şəraiti, əlavə istintaqda üzə çıxmış faktları əsas götürərək Salamova bəraət vermişdir...”
 
(Davamı var)
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
00:02, Bu gün
"Qorxuram ki, o zaman Rusiya ilə Belarus arasında müharibə baş versin" - Lukaşenko
25 Oct 2024 | 23:21
Uşaqlar üçün sağlam şirniyyat
25 Oct 2024 | 23:15
Hizbullah İsrailin iki tankını vurdu
25 Oct 2024 | 23:00
DİN-dən bank kartları ilə bağlı xəbərdarlıq
25 Oct 2024 | 22:50
Avropa Parlamentinin deputatları yay vaxtından qış vaxtına keçidi ləğv etmək istəyirlər
25 Oct 2024 | 22:44
“Mirzoyan COP29-a dəvət alıb”
25 Oct 2024 | 22:36
Putin kimlərə OD PÜSKÜRDÜ? Növbəti ADDIM necə olacaq? - VİDEO
25 Oct 2024 | 22:28
Türkiyədən PKK-ya ağır zərbə: 30 terrorçu məhv edildi
25 Oct 2024 | 22:20
Hərbi əməliyyatlar zamanı şəhid olan yeganə general...
25 Oct 2024 | 22:13
Kosmosa SƏYAHƏT - İlk biletlər SATILDI
25 Oct 2024 | 22:05
Azərbaycan güləşçisi dünya çempionu oldu
25 Oct 2024 | 21:55
Boksçularımız yunanıstanlı və rusiyalı rəqiblərini məğlub etdilər
25 Oct 2024 | 21:50
Xəqani parkındakı qanunsuzluğa QƏRƏZLİ REAKSİYA: Memar dövlət qurumlarını niyə üz-üzə qoyur? - ARAŞDIRMA
25 Oct 2024 | 21:40
Bakıda biznesmen HƏBS EDİLDİ
25 Oct 2024 | 21:33
"Grammy" mükafatlı reper həbs edildi - Qətl sifarişinə görə
25 Oct 2024 | 21:25
Tanınmış futbolçu öldü
25 Oct 2024 | 21:20
ABŞ-ın buna hüququ yoxdur - Azərbaycan XİN
25 Oct 2024 | 21:13
Ayın 27-si Bakıda bu yollar bir neçə saatlıq bağlanacaq - SİYAHI
25 Oct 2024 | 21:05
Regional Turizm İdarəsi Mingəçevirə infotur təşkil edib-VİDEO
25 Oct 2024 | 21:00
Rusiya XİN-dən Fransaya: Bizsiz həll edilə bilməz!
25 Oct 2024 | 20:50
Şokoladı belə saxlasanız, bütün faydaları itəcək
25 Oct 2024 | 20:43
Tabuta qoyulan kişi ölən adamla SƏHV SALINDI
25 Oct 2024 | 20:35
Putinlə Maskın əlaqəsi varmış: Hər şey ÜZƏ ÇIXDI
25 Oct 2024 | 20:25
Bakıdakı güclü yanğınla bağlı TƏBİB-dən açıqlama
25 Oct 2024 | 20:16
Gəlindən qaçan bəy saxlanıldı
25 Oct 2024 | 20:08
Ermənistanla Aİ arasında işçi qrupu yaradıldı
25 Oct 2024 | 20:00
Leyla Əliyeva "İblis və..." tamaşasının premyerasında
25 Oct 2024 | 19:43
Bu dərmanlar ƏDV-dən azad olunur
25 Oct 2024 | 19:35
İranda silahlı qarşıdurma: SEPAH zabiti öldürüldü
25 Oct 2024 | 19:25
Gürcüstanda zəlzələ oldu
25 Oct 2024 | 19:18
SENSASİON İDDİA: Hərbi plan hazırlandı - İran 1000 ballistik raketlə...
25 Oct 2024 | 19:10
Sabahın havası bu insanlar üçün təhlükəlidir - XƏBƏRDARLIQ
25 Oct 2024 | 19:00
FHN: Yanğın tam söndürüldü - VİDEO
25 Oct 2024 | 18:52
“Gürcü arzusu” reallaşacaq? – Tbilisidə “qələbə”dən “toqquşmaya” uzanan ssenari
25 Oct 2024 | 18:46
Şirniyyat istəyi depressiyanın əlaməti ola bilər
25 Oct 2024 | 18:38
Bu banan 1.5 milyon dollara satılacaq
25 Oct 2024 | 18:30
"Ərinizdən boşansanız..." - Məşhur investordan qadınlara misilsiz məsləhətlər
25 Oct 2024 | 18:23
Yanğından daha bir görüntü... - VİDEO
25 Oct 2024 | 18:18
Bakıdakı yanğınla bağlı SON DƏQİQƏ açıqlaması
25 Oct 2024 | 18:10
Sahil Babayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun bir qrup iştirakçısı ilə görüşüb - FOTO
25 Oct 2024 | 18:10
SON DƏQİQƏ! Bakıda məşhur hotelin həyətində BÖYÜK YANĞIN - VİDEO
25 Oct 2024 | 18:05
Sürücü “Yango” lotereyasında avtomobilə sahib olub!
25 Oct 2024 | 18:04
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun anım günü və xatirəsinə həsr olunmuş sərgi keçirilib - FOTO
25 Oct 2024 | 18:00
Yumurtaları soyuducuda necə düzgün saxlamaq olar?
25 Oct 2024 | 17:59
UNEC və DMA arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTOLAR
25 Oct 2024 | 17:55
Yol polisi əlverişsiz hava ilə bağlı müraciət etdi
25 Oct 2024 | 17:51
Qaçırdıqları avtomobillə oğurluqlara gedən qardaşlar qəza törətdilər - VİDEO
25 Oct 2024 | 17:47
"Fələstinlilər öz doğma torpaqlarını heç vaxt tərk etməyəcək" - Mahmud Abbas
25 Oct 2024 | 17:43
Bu yolda hərəkət məhdudlaşdırılacaq
25 Oct 2024 | 17:39
BDU ilə ATU arasında anlaşma memorandumu imzalanıb - FOTOLAR
25 Oct 2024 | 17:35
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...”
25 Oct 2024 | 17:34
“Bağırovu Beriya ilə mən tanış etmişəm...” -Stepan Şaumyanın katibəsi 
25 Oct 2024 | 17:32
Misli.az-da 20X-də 50 qəpiklə 50 min manat uduldu
25 Oct 2024 | 17:27
Azərbaycan futbolunun zülmətinə işıq saçan "Qarabağ"ın gücü bitdi? - TƏHLİL
25 Oct 2024 | 17:21
Azay Quliyev Özbəkistanın Xarici işlər naziri ilə görüşdü - FOTO
25 Oct 2024 | 17:16
Bakıda şirkət ofisində qadınlar arasında dava - Ərinin sevgilisini döydü
25 Oct 2024 | 17:10
İranda cümə imamı qətlə yetirilib - FOTO
25 Oct 2024 | 17:09
"Azərbaycana ən kiçik yardımları belə verməyən qüvvələr ..." - Fransanın bədnam siyasəti (ŞƏRH)
25 Oct 2024 | 17:04
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq FIRILDAQ
25 Oct 2024 | 16:58
Ailə qurmağa hazırlaşan şəxslər üçün VACİB AÇIQLAMA
25 Oct 2024 | 16:52
İsrailin Livanın cənubuna zərbəsi nəticəsində 3 nəfər jurnalist həlak olub
25 Oct 2024 | 16:47
Deputatlarımızın Özbəkistandakı parlament seçkilərindəki iştirakı necə qarşılanıb?
25 Oct 2024 | 16:46
Temperatur enəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
25 Oct 2024 | 16:42
Avroparlamentin təsdiqlənən yararsızlığı – onlara yaraşan şumer atalar sözü - ŞƏRH + FOTO
25 Oct 2024 | 16:36
ABŞ-da Məhəmməd Füzulinin məşhur əsəri ingilis dilinə tərcümə olunub - FOTOLAR
25 Oct 2024 | 16:30
Prezident daha bir neçə sazişi təsdiqlədi
25 Oct 2024 | 16:24
Azərbaycan parlamentinin iclasları təxirə salınacaq
25 Oct 2024 | 16:18
Pakistan səfirliyində Cammu və Kəşmirlə bağlı tədbir keçirildi
25 Oct 2024 | 16:15
İlham Əliyev fərman imzaladı
25 Oct 2024 | 16:12
Bakıda bu dönərxana bağlandı
25 Oct 2024 | 16:06
"Mən utanc və iyrənc hissi keçirdim... Özümü ət parçası hiss etdim..." - Eks-modeldən Trampa qarşı ittiham
25 Oct 2024 | 16:00
Bakıda moped sürücüsü təhlükə saçdı - VİDEO
25 Oct 2024 | 15:57
Beni unutmaq üçün Cennifer gənc kişilərlə görüşür
25 Oct 2024 | 15:53
Tuneldəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
25 Oct 2024 | 15:49
Bakı həbsxanasında daha bir ÖLÜM
25 Oct 2024 | 15:46
Xaqani bağını zəbt edən dibçəklər yığışdırıldı - FOTO
25 Oct 2024 | 15:42
BDU-da Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılışı olub - FOTOLAR
25 Oct 2024 | 15:38
Elkiyar Ziyadov İŞDƏN ÇIXDI
25 Oct 2024 | 15:35
Bakı sakinləri üçün VACİB MƏLUMAT: “Ekstremal atmosfer hadisəsi yaşanır...”
25 Oct 2024 | 15:30
Noyabrda hansı günlər iş və dərs olmayacaq?
25 Oct 2024 | 15:24
Mürsəl İbrahimov Ağdaşda vətəndaşların problemlərini dinlədi - FOTOLAR
25 Oct 2024 | 15:18
BDU Azərbaycan Milli Kitabxanası ilə anlaşma memorandumu imzaladı - FOTO
25 Oct 2024 | 15:13
Ruslan Sabirlinin ölüm xəbəri yayıldı - FOTO
25 Oct 2024 | 15:08
Tanınmış aparıcının həyat yoldaşının sərgisi keçiriləcək - FOTO
25 Oct 2024 | 15:03
Oktyabrın 25-nin ən xoşbəxt BÜRCÜ: Romantika üçün mükəmməl gündür
25 Oct 2024 | 14:58
Bu gün qəzada ölən tələbənin FOTOSU
25 Oct 2024 | 14:54
Bakı metropolitenində təhlükəsizlik necə qorunur?
25 Oct 2024 | 14:48
Bakıda 16 yaşlı məktəbli sevgilisinə qoşulub qaçdı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
25 Oct 2024 | 14:43
Avstriya zərgərlik brendi Qarabağ xalçaları əsasında kolleksiya hazırlayır - FOTO
25 Oct 2024 | 14:38
Avropa Parlamentinin QƏRƏZİ - COP29 öncəsi MƏKRLİ PLAN
25 Oct 2024 | 14:34
Altı BÜRC üçün elə parlaq günlər başlayır ki...
25 Oct 2024 | 14:28
BMT-də Fransa tərəfinin hesabatda verdiyi məlumatlar darmadağın edildi - VİDEO
25 Oct 2024 | 14:22
Prezident delimitasiya ilə bağlı ƏSASNAMƏNİ TƏSDİQLƏDİ – FƏRMAN
25 Oct 2024 | 14:16
Bakıda ər arvadının intim videolarını aşkar etdi: "Sənin yox, onun arvadıyam..." - ŞOK
25 Oct 2024 | 14:10
"Rusiya regionda və bütün dünyada qeyri-sabitlik və eskalasiya yayır" - Jozep Borrel
25 Oct 2024 | 14:04
Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır" - ŞƏRH + FOTO
25 Oct 2024 | 13:58
Tehran-İrəvan uçuşları Təbriz hava limanından həyata keçiriləcək
25 Oct 2024 | 13:54
Tanınmış futbolçu 35 yaşında vəfat etdi
25 Oct 2024 | 13:49
"Deyirlər, niyə tək gəzirsən, balaca?" - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ
25 Oct 2024 | 13:44
Silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO
GÜNLÜK
25 Oct 2024 | 07:55
Bakıda oteldə görüşə gedən bakirə qızın başına dəhşətli iş gəldi
25 Oct 2024 | 07:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
25 Oct 2024 | 09:09
Putinin gözlənilməz addımı: əməkdaşlığı TAM SİLDİ 
25 Oct 2024 | 07:05
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı...-Nə haqda?.. -FOTO
25 Oct 2024 | 09:55
Dollar almaq istəyənlərin nəzərinə - Mərkəzi Bank MƏLUMAT YAYDI
25 Oct 2024 | 07:42
Bakıda iki azyaşlı övladı olan qadın ərini ÖLDÜRDÜ - DETALLAR
25 Oct 2024 | 08:10
Marketlərdən "Coca-Cola" YIĞIŞDIRILDI - ŞOK SƏBƏB
25 Oct 2024 | 09:08
Putinin "BRİKS" sammitində çıxışı zamanı Lavrov burnunu eşələdi...- Söyüş də söydü...-VİDEO
25 Oct 2024 | 11:27
Kərə yağının qiymətində kəskin artım - 27 AZN-ə qədər...
25 Oct 2024 | 08:02
Azərbaycanda sosial şəbəkədə açıq-aşkar silahabənzər oyuncaq SATIŞI - VİDEO
HƏFTƏLİK
20 Oct 2024 | 19:58
Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!” - Foto
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
19 Oct 2024 | 15:34
“Hökümə Qurbanova ilə Nəcibə Məlikova bu səhnəni oynamaqdan imtina etdilər”- KÜSÜLÜ məşhurlar-ARAŞDIRMA+ÖZƏL
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
AYLIQ
25 Oct 2024 | 07:55
Bakıda oteldə görüşə gedən bakirə qızın başına dəhşətli iş gəldi
25 Oct 2024 | 07:37
Bayden Əliyev və Paşinyana konkret hansı təklifləri edib? - Ağ Evdən cavab...
25 Oct 2024 | 09:09
Putinin gözlənilməz addımı: əməkdaşlığı TAM SİLDİ 
25 Oct 2024 | 07:05
Paşinyan Kazanda Lukaşenko ilə də söhbət ermək fürsəti qazandı...-Nə haqda?.. -FOTO
25 Oct 2024 | 09:55
Dollar almaq istəyənlərin nəzərinə - Mərkəzi Bank MƏLUMAT YAYDI
25 Oct 2024 | 07:42
Bakıda iki azyaşlı övladı olan qadın ərini ÖLDÜRDÜ - DETALLAR
25 Oct 2024 | 08:10
Marketlərdən "Coca-Cola" YIĞIŞDIRILDI - ŞOK SƏBƏB
25 Oct 2024 | 09:08
Putinin "BRİKS" sammitində çıxışı zamanı Lavrov burnunu eşələdi...- Söyüş də söydü...-VİDEO
25 Oct 2024 | 11:27
Kərə yağının qiymətində kəskin artım - 27 AZN-ə qədər...
25 Oct 2024 | 08:02
Azərbaycanda sosial şəbəkədə açıq-aşkar silahabənzər oyuncaq SATIŞI - VİDEO