Energetika nazirindən yaşıl enerji dəhlizləri ilə bağlı MÜHÜM AÇIQLAMA - FOTO
1635
11 Oct 2024 | 17:55

Energetika nazirindən yaşıl enerji dəhlizləri ilə bağlı MÜHÜM AÇIQLAMA - FOTO

Bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu il üzrə 2 dəfədən çox, enerji səmərəliliyinə investisiyanı isə 7 dəfə artırmaq lazımdır.
 
Moderator.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Pre-COP29 çərçivəsində təşkil olunan iclasda deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik edir: "Eyni zamanda ölkəmiz milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasına xidmət edən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.
 
2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması ölkə miqyasında xalis sıfır emissiyaya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsal etmək planlarımız var. Bunun 70 faizi ixrac ediləcək".
 
Nazir bildirib ki, 3 böyük yaşıl interkonnekt üzərində iş gedir: "Xəzər-Qara dəniz-Avropa", "Mərkəzi Asiya-Azərbaycan-Avropa" və "Azərbaycan-Türkiyə-Avropa" üzərində işlər davam etdirilir. Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya yaşıl enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz yaşıl gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir". /Musavat.com/
 

Link kopyalandı!
Son xəbərlər