“Bizim peşəmiz çox qəddardır, tamaşaçının qarşısında biabır olmaqdansa...” - ÖZƏL
Ekskluziv
1921
11 Oct 2024 | 13:54

“Bizim peşəmiz çox qəddardır, tamaşaçının qarşısında biabır olmaqdansa...” - ÖZƏL

“Düşünürəm ki, aktyor, teatr adamı son nəfəsinə qədər teatrda olmalıdır. Bir halda ki, əgər onun səhhəti buna imkan verirsə, yaddaşı yerindədirsə.. Çıxıb tamaşaçının qarşısında biyabır olmaqdansa səhnəyə çıxmamaq məsləhətdir. Mənim düşüncəm budur. Teatrımızın qocaman aktyorlarının xətirlərini dünyalar qədər istəyirəm. Rəhbərlik də bizə deyib ki, nə vaxtsa hansı biri lazım olarsa dəvət edə bilərsiz. Sadəcə elə bir əsər olmalıdır ki, baxasan ki, burada mütləq həmin aktyor və aktrisa olmalıdır. Bu səhnədə onlarla tərəf müqabili olmuşam, mənim hazırladığım tamaşalarda oynayıblar. Onları heç vaxt unutmaq olmaz”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov deyib. 
 
 
““Pəri Cadu” əsərini mən hazırlayanda görkəmli sənətkarımız Firəngiz Şərifova ərizə yazıb, “Şamama Cadu” roluna gəldi. Rolu xalq artisti Naibə Allahverdiyeva oynayırdı. Firəngiz xanım idi də, mən ona etiraz edə bilməzdim axı. O illərdə də lap cavan idim. Gəldi bir məşq, iki məşq, üç məşq oturdu, görəndə ki, mən hansı mizanlardan istifadə edirəm, ayağa qalxıb dedi ki, “mən gedirəm, bu mənim yemim deyil”. Elə bir rol ola bilər ki, o heç oturduğu yerdən qalxmır, elə orada danışır. Belə bir rol olsaydı Firəngiz xanım onun öhdəsindən çox böyük məharətlə gələrdi. Amma səhhətində problem var idi, ayağı sınmışdı. O özü imtina edib geri çəkildi. Bəzən biz özümüz imtina edib əlimizi götürməliyik. Ola bilər mən səhv edirəm. Bir də unutmayaq ki, bizim peşəmiz çox qəddar peşədir.  Kənardan hər şey çox gözəl, xoş görünür, amma əslində çox qəddar peşədir. Nə qədər lazımsan, nə qədər əlindən iş gəlir, enerjin imkan verir hamı sənin başına fırlanır, amma Allah etməsin səhhətində bir balaca problem əmələ gəlsə ən yaxın bildiklərin belə səni unudur”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər