Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
Dünya
1885
10 Oct 2024 | 23:41

Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu

Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və bir sıra digər ölkələrin yüksək səviyyəli nümayəndələri Xorvatiyanın Dubrovnik şəhərində üçüncü Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekunlarına dair bəyannamə qəbul ediblər.
 
Axar.az xəbər verir ki, 18 bənddən ibarət bəyannamədə Rusiyanın Ukraynaya müdaxiləsi pislənilir.
 
Bundan əlavə, sənəddə beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəyinin gücləndirilməsinə çağırış edilir.
 
Bəyannamədə həmçinin Ukraynanın sülh formulu təsdiqlənir və ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanır.
 
Qeyd edək ki, bəyannaməni Ukrayna, Xorvatiya, Kosova, Bosniya və Herseqovina, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Sloveniya və Rumıniya da imzalayıb.
Link kopyalandı!
Son xəbərlər