Dünya
1617
10 Oct 2024 | 21:41

"ABŞ Rusiya və Çinlə birgə nüvə silahından xilas olmaq barədə sazişə çox yaxın olub" - Donald Tramp

"Bu gün nüvə silahı dünyada üzləşdiyimiz ən böyük təhlükədir..."
 
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bəyan edib ki, ABŞ onun prezidentliyi dönəmində, guya, Rusiya və Çinlə nüvə silahının birgə ləğv edilməsi barədə sazişə çox yaxın olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Tramp FLAGRANT "YouTube" kanalında bəyan edib. Məlumatı "ukr.net" nəşri yayıb.
 
"Nüvə silahı bu gün dünyada bizim üzləşdiyimiz ən böyük təhlükədir. Bu, növbəti 500 ildə okeanların 1/8 düymə qədər yüksəldiyi qlobal istiləşmə deyil", - Tramp bəyan edib.
 
Onun deməsinə görə, nüvə silahı indi dünya üçün ən böyük təhlükədir, nüvə potensialına isə beş ölkə malikdir. Tezliklə daha çox ölkə buna malik olacaq və ABŞ buna yol verməməlidir, siyasətçi vurğulayıb.
 
"Biz nüvə silahından xilas olmaq  barədə sazişə çox yaxın olmuşuq. Bu, necə də yaxşı olub. Mən Rusiya, Çin və özümüzü nəzərdə tututam. O zaman biz buna başqalarını da cəlb edə bilərdik və nüvə potensialından qətiyyətlə xilas ola bilərdik", - Tramp bəyan edib.
 
Xəbər verildiyi kimi, jurnalist Bob Vudvord özünün "Müharibə" kitabında bəyan edib ki, Trampın 2024-cü ildə Rusiya diktatoru Vladimir Putinlə bir neçə dəfə söhbəti olub.
 
Onun məlumatına görə, Tramp 2021-ci ildə ABŞ prezidenti kreslosunu tərk edəndən sonra ən azı 7 dəfə Putinlə belə söhbət aparıb. Trampla Putinin nədən danışa biləcəyi isə bəlli deyil.
 
Bu arada isə Kreml bu məlumatı inkar edib. Mətbuat katibi Dmitri Peskov bəyan edib ki, belə telefon təmasları, guya, olmayıb.
 
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov isə etiraf edib ki, keçmişdə Vaşinqton həqiqətən Moskva və Pekini danışıqlar masası arxasında əyləşdirməyə cəhd edib. Lakin bu səylər heç  bir nəticə verməyib, bu barədə ictimaiyyətə yaxşı məlumdur.
 
Ryabkovun sözlərinə görə, Tramp administrasiyası dəfələrlə bununla bağlı Çin tərəfinin danışıqlarda iştirakında maraqlı olduğuna dair siqnallar göndərib. Rusiyalı diplomat bəyan edib ki, Rusiya öz növbəsində danışıqlar masası arxasında ABŞ-ın nüvə silahına malik olan müttəfiqlərini görmək istəyib.
 
Onun sözlərinə görə, söhbət Fransa və Böyük Britaniyadan gedir, bu ölkələr belə müzakirələrə qoşulmaq üçün hər-hansı istək nümayiş etdirməyib.
Link kopyalandı!
Son xəbərlər