1675
10 Oct 2024 | 13:32

"Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə Rusiyanın 400 "Shahed" dronunu məhv edib" - "Forbes"

 
"USQ-nin Rusiyanın silah anbarlarına zərbələri Rusiya ordusunda mərmilərlə bağlı qlobal problemlərə gətirib çıxarmayacaq..."
 
Ukrayna Silahlı Qüvvələri (USQ) Baş Qərargahının məlumatına görə, Rusiyanın Krasnodar vilayətinin Oktyabrsk yaşayış məntəqəsi yaxınlığında işğalçıların silah anbarına zərbə nəticəsində Ukrayna şəhərlərinə zərbələr endirilməsi üçün əsas vasitələrindən biri olan  İranın 400 "Shahed" zərbə pilotsuz uçuş aparatı məhv edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Analitik Devid Aks yazır ki, 2022-ci ildə İrandan ilk "Shahed" dronları əldə edəndən bəri Rusiya 8 mindən artıq partlayış təhlükəli dronlar buraxıb.  Beləliklə, USQ bir zərbə ilə Rusiyanın müharibə müddətində tətbiq etdiyi bütün belə dronların təxminən beş faizini məhv edib.
 
Analitik qeyd edir ki, 400 ədəd "Shahed" dronunun məhv edilməsi Rusiyanın zərbələrinin tempini azaltmalıdır, amma bu, müvəqqəti qələbədir.
 
"Moskva Tehrandan həmişə daha çox dron əldə edə bilər. Bu dronlar həmçinin Rusiyanın şərqində, Tatarıstandakı zavodda istehsal edilir. Kreml 6 minədək "Shahed" dronunun yerli istehsalına lisenziya almaq üçün 1, 7 milyard dollar ödəyib", - Aks qeyd edir.
 
Analitikin sözlərinə görə, ukraynalıların bu anbara necə zərbə endirəcəyi hələlik aydın deyil.
 
Oktyabrsk rayonu cəbhə xəttindən cəmi 140 mil aralıda yerləşir, bu da onu Ukraynanın geniş spektrli döyüş sursatları üçün əlçatan edir. Bu zaman Ukrayna yəqin ki, zərbə üçün Qərbin uzaqvuran raketlərindən-Amerikanın "Tactical Missile Systems", Britaniyanın "Storm Shadow" və ya Fransanın SCALP-EG raketlərindən istifadə etməyib, çünki Qərb Ukraynaya bu silahlardan Rusiya ərazisinə zərbələr endirməyi qadağan etməkdə davam edir.
 
"Lakin Ukrayna istehsalı olan döyüş sursatlarına məhdudiyyətlər yoxdur. "Neptun" qanadlı raketləri Rusiyanın cənubuna çata bilir. Ukrayna kəşfiyyatı tərəfindən işlənib hazırlanan uzaqmənzilli zərbə dronları isə Oktyabrskdan yüz kilometrlərədək uzaqlara uça bilir", - Aks qeyd edir.
 
"Shahed" dronları anbarına zərbə - xəbərlər
 
Ukrayna Müdafiə Qüvvələri oktyabrın 9-da Rusiyanın Krasnodar diyarının Oktyabrsk yaşayış məntəsi yaxınlığında yerləşən "Shahed" PUA-ları saxlanılan bazaya uğurlu zərbə endirərək onları məhv edib, orada 400 zərbə dronu olub.
 
Eyni zamanda hərbi analitik və tarixçi Mixail Jiroxov qeyd edir ki, USQ- nin Rusiyanın silah anbarlarına zərbələri Rusiya ordusunda mərmilərlə bağlı qlobal problemlərə gətirib çıxarmayacaq.
 
Onun sözlərinə görə, hər bir anbar döyüş sursatlarının müəyyən nomenklaturası üçün layuhələşdirilib. Ona görə də belə anbarların məhv edilməsi müəyyən mərmilərin istifadəsinin məhdud zamanda azalmasına gətirib çıxarır.
Link kopyalandı!
Son xəbərlər