Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT
1762
09 Oct 2024 | 14:37

Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT

Salyan rayonunda 1979-cu il təvəllüdlü Vahid yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib – red.) təcavüz edib.
 
Vahid 2012-ci il təvəllüdlü qızı Nərminin sinif yoldaşı olan Fazilənin on dörd yaşına çatmadığını bilib.
 
Qıza qarşı özündə cinsi istək formalaşdıran Vahid onun hər hansı müqavimət göstərə bilməyəcəyindən, lal-kar, psixi xəstə olan valideynilərinin himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən üstünlüyündən təsiretmə üsulu kimi yararlanıb.
 
O, Fazilənin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib və öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib. 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək dəqiq məlum olmayan aylarda və günlərdə Fazilə ilə cinsi əlaqəyə girib.
 
Faziləni qızı Nərminlə görüşdürmək bəhanəsi ilə Salyan rayonunun kəndindəki evinə dəvət edib. Daha sonra o, zəif vəziyyətindən istifadə edərək onunla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.
 
İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Fazilə ilə arasında məktəblə bağlı problem olub:
 
“Fazilə mənim qızımı məktəbdə döyürdü, uşağım da ağlayaraq üstümə gəlirdi. Bu barədə məktəbə gedərək direktora, müəllimə və Fazilənin dayısına şikayətlər etmişəm. Biz də razılığa gələrək Faziləni məktəbdən uzaqlaşdırdıq, onu uşaq evinə verdilər. Bundan sonra Fazilə həmişə məndən narazı qaldı. Dedi ki, səni tutduracam, burdan uzaqlaşsam, səndən şikayət edəcəm. Məktəbin direktoru da dedi ki, bununla mən bacarmıram.
 
Özümü heç bir cinayətdə təqsirli bilmirəm, heç nədən həbsdə əzab çəkirəm. Xəstyəm, Faziləni öyrədərək bura yollayıblar, dediklərinin hamısı yalandır”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Fazilə onun evinə bir dəfə özü işdə olan vaxt gəlib, uşağı ilə oynayıb: “Həmin vaxt evimdə kimlər olub, bilmirəm. Onu uşağımdan həmişə uzaqlaşdırmağa çalışmışam. Fazilə dəfələrlə mənə zəng vurub, lakin telefona cavab verməyib söndürmüşəm. Sonra geri yığaraq ondan “nəyə zəng vurursan”, deyə soruşmuşam. O, isə uşağımla danışmaq istədiyini deyib.
 
Evdə olanda telefonunu qızıma vermişəm, Fazilə ilə danışdırmışam. İki dəfə belə hadisə olub. Faziləni qətiyyən zəng vuraraq evimə çağırmamışam”.
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, onu döyüblər, təhdid ediblər, ondan 17 min manat pul istəyiblər: “Qardaşlarım da bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayətlər ediblər. Mənin soyundurublar, sonra bədənimdə olanları yazıblar ki, qız belə deyir. Mənə qarşı sübut olmadığına görə bunu ediblər.
 
Fazilə zəng vurarkən çox vaxt işdə olmuşam, telefonumu söndürmüşəm, çoxsaylı zənglərindən sonra açaraq soruşmuşam ki, nə istəyirsən. Özüm heç vaxt ona zəng vurmamışam. İlk dəfə mənə məxsus telefondan Faziləyə zəng vurulmasının səbəbini bilmirəm. Bəlkə də qızım zəng vurub. Mənim Faziləyə zənglərimin səbəbi odur ki, deyim, bizə zəng vurma.
 
Fazilə ilə heç bir cinsi təmasım olmayıb. Günahsız yerə yatıram, bunlar oyunudur, cəzasını mən çəkirəm”.
 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, dəqiq xatırlamadığı vaxtda Vahid ona zəng edərək qızı Nərminlə oynaması üçün evinə çağırıb: Vahid məni aldatdı. Onlara getdikdə bildim ki, Nərmin nənəsigilə gedir. Mən də onlarla birlikdə getdim. Nərmin nənəsigildə qaldı, Vahidlə mən geri qayıtdıq. Həmin vaxt məktəbə gedən vaxtlar olardı. Vahid mənə dedi ki, bizə gəl. Birlikdə onun evinə getdik, divanda oturduq.
 
Əvvəlcə Vahid gələrək divanda məni qucağında oturdu. Sonra idedi, o biri otağa gəl. Mən də onun təklifi ilə həmin otağa getdim. O otaqda Vahid mənə ayıb-ayıb şeylər etdi. Yerə uzadaraq şalvarımı əynimdən çıxardı. Daha sonra özü də soyundu. Üstümə iyrənc hərəkətlər etməyə başladı. Pozğun hərəkətlər etdi, Onları burada dilimə gətirə bilmirəm. Məni məcbur elədi. Çirkin əməlini başa çatdırandan sonra evimə getdim”.
 
Zərərçəkmiş qeyd edib ki, bundan sonrakı günlərdə Vahid onu yenə çağırırıb: “Mən də onlara gedirdim. Deyirdi ki, gəl, qızım Nərminlə oyna, mən də oynamaq istəyirdim. Lakin onlara getdikdə Vahidin yenə məni aldatdığını, evdə heç kim olmadığını görürdüm.
 
Mən dördüncü sinifdə oxuyandan Vahid bu hərəkətləri öz evində edirdi, belə hərəkətləri çox olub. Hər dəfə ona inanaraq Nərminlə oynamaq üçün getmişəm. O məni otağa aparırdı, özü də mənim yanıma uzanırdı. Sonra üstümə çıxırdı. Məni iyrənc hərəkətlər etməyə məcbur edirdi. Onun dediklərini edirdim”.
 
Fazilənin ifadəsinə görə, daha sonra beşinci sinifdə internat məktəbinə gedib: “Könüllü internat məktəbinə getdim ki, Vahid məndən əl çəksin. Çünki məndən əl çəkmirdi, çirkin əməllərini davam etiridirdi. Bu barədə internat məktəbində olanda qızlara dedim. Qızlar gedərək xəbərlədilər. Bunu qızlara yemək yeyərkən demişəm. Bundan sonra dayımı məktəbə çağırdılar. Məni UZİ-yə apardılar”.
 
Zərərçəkmiş qeyd edib ki, daha sonra başqaları da ona pis-pis şeylər eləyiblər: “Hər gün mənə pis-pis şeylər eləyirdilər. Vahid öz nömrəsini mənə vermişdi, mən də ona zəng vururdum. Daha çox Vahid zəng vuraraq mənimlə danışırdı. Deyirdi ki, hardasan, mən də evdə olduğumu deyirdim. Sonra deyirdi ki, bizə gələrsən. Mən də gələcəyimi deyirdim. Vahiddən şikayətçiyəm, onunla barışmıram”.
 
Zərərçəkmiş daha sonra ifadəsində həm yaşadığı, həm də qonşu kəndlərdə, kəndarası çöllük ərazilərdə başqa-başqa oğlanlarla cinsi əlaqəyə girməsindən, onların seksual xarakterli hərəkətlər etməsindən danışıb: “Birinci dəfə izahat verəndə Samirin, Pərvizin, Fəridin və Fəhminin adların polisə demişəm. Birinci dəfə Samirin mənimlə cinsi əlaqədə olduğunu bildirmişəm.
 
Samirin mənimlə cinsi əlaqədə olmasını Vahid bilib, bu barədə ifadəsində də deyib. O, bunu düz danışır. Amma Vahid də mənimlə intim əlaqədə olub. Belə olduğunu Allaha and içirəm. İlk dəfə izahat verəndə Vahidin adı yadımdan çıxdığından onun adın çəkməmişəm. Mənimlə cinsi əlaqədə olanların hamısı yadımdadır. Sayı on altı nəfərdir. Yadıma düşdükcə onların da adların deyəcəm”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Qeyd edək ki, bundan əvvəl zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunaraq bir neçə nəfər mühakimə edilib və barələrində ittihamedici hökm çıxarılıb. /Teleqraf.com/
Link kopyalandı!
Son xəbərlər