“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
1745
07 Oct 2024 | 14:48

“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”

“ABŞ əsgərləri ayaqları dəyən hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, ABŞ bütün dünyada işğal və çevrilişlərin əsas ilhamvericisidir:

 

“Son 50-60 ilin təcrübəsi göstərir ki, ABŞ əsgəri addım atdığı hər yeri qan çanağına döndərir. ABŞ bütün dünyada qırğınların, işğalların, dövlət çevrilişlərinin əsas təşəbbüskarı və ilhamvericisidir. Belə olan halda ABŞ hansı ədalətdən, hansı humanizmdən danışır?

 

ABŞ bu gün bir çox bölgələrdə, eləcə də Cənubi Qafqazda ciddi aktivlik sərgiləyir. Məqsəd öz maraqlarını başqa xalqların faciəsi üzərində təmin etmək, bütün bölgələrdə söz sahibi olmaqdır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər