Bizi sosial şəbəkələrdən izləyin:
Göygöl rayonunda əqrəb sancan müəllim ölüb/
Göygöl rayonu Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.
İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müəlicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində Gənclərin Hərbi Hazırlığı fənnindən dərs deyirmiş.