Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
2150
06 Oct 2024 | 23:07

Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı

Fransa Prezidenti Emmanuel Makronla İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
 
Axar.az xəbər verir ki, bununla bağlı Yelisey sarayı açıqlama yayıb.
 
Makron Netanyahuya Livan və Qəzza zolağında atəşkəsin vaxtının çatdığını bildirib. Uzun söhbət zamanı Makron və Netanyahu Fransa və İsrail arasındakı münasibətlərin dostluq xarakterini nəzərə alaraq, Yaxın Şərqdəki vəziyyəti açıq şəkildə müzakirə ediblər. İki ölkənin liderləri fikir ayrılıqlarının olduğunu etiraf ediblər, lakin eyni zamanda bir-biri tərəfindən başa düşülmək istəyini bəyan ediblər", - Yelisey sarayının xəbərində deyilir.
 
Makron İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib, Netanyahu isə yəhudi dövlətinin məhdudiyyətlər deyil, Fransadan dəstək gözlədiyini söyləyib.
 
İsrail Baş nazirliyindən yayılan açıqlamada isə Netanyahunun Makrona “İsrailə silah yardımının dayanması İranı gücləndirəcək” dediyi vurğulanıb:
 
“İsrail dostlarından onun arxasında durmalarını və İranın şər oxunu gücləndirəcək məhdudiyyətlər tətbiq etməmələrini gözləyir”.
 
Qeyd edək ki, bundan öncə Makron İsrailə silah yardımının dayandırılması çağırışı etmişdi. Netanyahu isə buna sərt şəkildə cavab vermiş və bu çağırışı edənlərin rüsvay olacağını vurğulamışdı.
Link kopyalandı!
Son xəbərlər