21:05
5°C
Bakı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilən imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.
DİM-dən Moderator.az bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib.
İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib.