Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır
Sağlamlıq
1471
05 Oct 2024 | 18:07

Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır

“Dünyada 1-59 aylıq uşaqlarda ishal ən çox görülən üçüncü ölüm səbəbidir”.
 
Bunu Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin müdiri, həkim Soner Sertan Kara deyib.
 
O, ishalın uşaqlarda ümumi sağlamlıq problemi olduğunu və xüsusilə körpələr və uşaqlar üçün ciddi risklər daşıdığını bildirib:
 
“İshal adətən ürəkbulanma, qusma, qızdırma, qarın ağrısı, sancılar ilə müşayiət olunur. Bu infeksiyalar mikroblar, çirkli qidalar, içməli su və ya gigiyena qaydalarına riayət edilməməsi nəticəsində insandan insana keçir. İshalın ən böyük təhlükəsi susuzlaşdırmadır. Şiddətli simptomlara yuxululuq, gözlərin batması, su içmək istəyinin azalması, aşağı qan təzyiqi, sürətli nəbz və sidik həcminin azalması daxildir. Uşaq 6 aydan kiçikdirsə və ya xroniki xəstəliyi varsa, mütləq həkimə müraciət etmək lazımdır. İshal qarşısı alına bilən və müalicə oluna bilən xəstəlikdir”.
Link kopyalandı!
Son xəbərlər