Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
Sağlamlıq
2026
05 Oct 2024 | 18:01

Ürək və damarlar üçün super qidanın adı açıqlanıb

Bioloq, Rusiya Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin bildirib ki, badam ürək-damar sistemi üçün çox faydalı məhsuldur.

Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, NEWS.ru ilə söhbətində ekspert məhsulun əvəzolunmaz amin turşuları, zülal, omeqa-3, lif, vitaminlər, kalium, kalsium, xrom və maqnezium mənbəyi olduğunu vurğulayıb.Badamın populyarlığının səbəbi toxumların çox faydalı olmasıdır.

Badam əvəzolunmaz amin turşuları, zülallar, monodoymamış yağ turşuları, lif, E, B2, B7, B9, B12 və digər vitaminlər, kalium, kalsium, xrom, manqan, maqnezium, mis, fosfor mənbəyidir. Onun sözlərinə görə, badam ürək-damar xəstəlikləri zamanı ölüm riskini azaldır.

Bundan əlavə, bioloq qeyd edib ki, bu, qan təzyiqini aşağı salmağa kömək edir və daxili orqanlara qan axını stimullaşdırır.

Link kopyalandı!
Son xəbərlər