Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna UEFA İcraiyyə Komitəsindəki yerini itirib.
Bu barədə futbol jurnalisti İqor Burbas məlumat verib.
Aprelin sonunda Ukrayna Futbol Assosiasiyası UAF-ın keçmiş rəhbəri Andrey Pavelkonun İcraiyyə Komitəsinin üzvlüyündən geri çağırılması ilə bağlı rəsmi sorğu göndərib.
Avropa Futbol İttifaqı növbəti iclasında bu müraciətə baxaraq təmin edib.
Gələn il UAF-ın hazırkı rəhbəri Andriy Şevçenkonun UEFA İcraiyyə Komitəsinə namizəd olacağı gözlənilir.
Şevçenko səsvermədə qalib gələ bilməsə, Ukrayna Avropa futbolunun bu idarəedici orqanında səsvermə hüququndan məhrum qalacaq.