SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
Siyasət
Oxunub: 1759
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
Müşahidələr onu da göstərir ki, İran gec-tez siyasətini Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarını qəbul etməyə məcbur qalacaq
"İran tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əleyhinə deyil, lakin o, bu müqavilədə Zəngəzur dəhlizinin olmasını istəmir”. Bu sözləri iranşünas Qarik Misakyan erməni mediasına açıqlamasında deyib. "Bu razılaşma Ermənistan və İranın geosiyasi maraqlarına xələl gətirməməlidir. Zəngəzur dəhlizi, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərində mümkün vasitəçiyə çevrilməsi İranı narahat edir”, - o bildirib.
Qarik Misakyanın sözlərinə görə, hazırda İran ətrafında vəziyyət gərginləşib (Yaxın Şərqdə İranın proksi qüvvələrinin ciddi zərbələr alması, xüsusilə "Hizbullah” liderinin ölümü nəzərdə tutulur - red.) və İranın indiki mərhələdə diqqətini bu regiondan yayındırması mümkündür.
Müşahidəçilərə görə, indi İranın kifayət qədər başqa, daha vacib problemləri var və "Zəngəzur məsələsi” Tehranın heç də kəskin qərarlar verməli olduğu mövzu deyil. Təhlilçilərə görə, Tehranın Rusiyaya Zəngəzur məsələsində "buynuz göstərməsinin” səbəbi İranın Qərblə, xüsusilə ABŞ-la barışmaq cəhdidir. Yəni İran Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə qarşı olmaqla Vaşinqtona reverans edir.
 
 
İran prezidenti Məsud Pezeşkian sentyabrın 29-da hökumətin iclasında deyib ki, Qərb (ABŞ və Avropa Birliyi) İrana İsmayıl Haniyənin öldürülməsinə reaksiya verməmək müqabilində atəşkəs vəd edib. "ABŞ və Avropa ölkələri liderlərinin bəyanatları tamamilə yalandır. Belə cinayətkarlara imkanların verilməsi onları yalnız yeni cinayətlər törətməyə sövq edəcək”, - İran prezidenti bildirib. Bu da onu göstərir ki, İranla Qərbin sövdələşməsi hələ ki alınmayıb.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref isə Rusiya baş naziri Mixail Mişustinlə görüşdə bildirib ki, Zəngəzur və Şimal-Cənub dəhlizləri ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır.
Müşahidələr onu da göstərir ki, İran gec-tez Zəngəzur dəhlizinin iqtisadi və ticari imkanlarına qəbul etməyə məcbur qalacaq.
Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC
Deputat Azər Badamov belə düşünür ki, İranın Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyində əsas məqsədi kommunikasiyanın ancaq öz ərazisindən keçməsinə nail olmaqdır: "Ona görə də Zəngəzur dəhlizi ilə bağlı məsələyə gələndə İran bunu özünün "qırmızı xətti" kimi təqdim edir. Çünki Zəngəzur dəhlizi böyük gəlirlər və siyasi mövqelərin möhkəmlənməsi deməkdir. Yəni nəqliyyat kommunikasiyalarına nəzarət edən ölkələr xüsusi üstünlüklər qazanır. İran da bu fürsəti qaçırmaq istəmir. Amma Zəngəzur dəhlizinin açılmasının İrana heç bir aidiyyəti yoxdur. Bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan, Rusiya və Ermənistana aid məsələdir. Çox təəssüf ki, Ermənistan öz xeyrini və ziyanını başa düşmür və Zəngəzur dəhlizinin açılması məsələsini beynəlxalq güclərin maraq dairəsinə çevirməkdədir. İran isə bu gün Zəngəzur dəhlizinin açılmasının əleyhinə danışsa da, Ermənistan öz qərarını verərsə, heç bir maneə yarada bilməyəcək. Bununla yanaşı, İsrail-Livan müharibəsinin başlanması, HƏMAS qruplaşmasının liderlərinin öldürülməsi İsrail-İran müharibəsini də aktuallaşdırır. Sual olunur ki, İsrail-İran müharibəsi başlayarsa, İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişəcəkmi? Hesab edirəm ki, yox. Çünki İran hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır. Hətta İsraillə müharibə başlanacağı təqdirdə də Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişməyəcək. Amma yenə qeyd etmək istəyirəm ki, bu məsələ Azərbaycanla Ermənistana aiddir. Bu baxımdan, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı bu gün ciddi bir iş görməsə də, yaxın gələcəkdə özü bu dəhlizin açılması üçün yalvaracaq".
 
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı düşünür ki, İran Qafqazda sülhün əldə olunmasında qətiyyən maraqlı görünmür və bütün gücü ilə çalışır ki, sülh sazişi imzalanmasın: "İran xüsusən Azərbaycanın sülh şəraitində olmasını və Azərbaycanın daha güclü dövlət kimi inkişaf etməsini özünə təhdid kimi qəbul edir. Boş yerə İran 32 ildir Ermənistanı dəstəkləmir və milyonlarla dollar həcmində Ermənistana dəstək vermir. Bunun yeganə səbəbi Azərbaycanın iki yerə bölünməsi və 40 milyonluq Cənubi Azərbaycan faktorudur. İran mollaları düşünür ki, Şimali Azərbaycan müstəqil şəkildə güclü dövlətə çevriləcəyi təqdirdə, günün birində Azərbaycan bütövləşib 50 milyonluq bütöv Azərbaycana çevrilə bilər. Qafqazda Türkiyə dövləti kimi güclü bir türk kökənli dövlət görmək istəmirlər. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması niyə İran dövlətin maraqlarına ziyan vursun ki?! Zəngəzur faktiki Ermənistan ərazisidir, blokadada qalan Naxçıvan da Azərbaycan. Quru sərhədlərin açılması heç bir halda İrana ziyan vura bilməz. Əksinə, daha çox iqtisadi cəhətdən dəstək ola bilər. Bu gün bu dəhlizin açılması birbaşa Rusiyaya lazımdır. Rusiyanın Türkiyə ilə quru sərhədlərinin açılması ilə yanaşı, Asiyaya geniş əlaqələrinin qurulmasına da xidmət etmiş olacaq. Rusiya ağır sanksiyalar altındadır. Və hər gün Ukrayna müharibəsində milyonlarla dollar itirir. Rusiya uzun müddət İranın nazı ilə oynamayacaq. O fikirlə razıyam ki, İran həm də Zəngəzur dəhlizinin əleyhinə getməklə, Ermənistanı dəstəkləməklə Qərbin xoşuna gəlmək istəyir. İranın yeni prezidenti ilk gündən ABŞ-la normal əlaqələrin qurulması və barış barədə danışdı. İranı blokadadan çıxartmaq istəyirlər. Bu ölkə öz maraqları üçün bu cür bəyanatlar verir. İranın dəhlizlə bağlı bu münasibəti dəyişəcək. İstəməsə də belə, Rusiya onu buna məcbur edəcək. İran uzun illərdir ki, Rusiya ilə birgə əməkdaşlıq edir. İki dövlət arasında ticari ələqənin həcmi milyonlarla dollarla ölçülür. Hər iki dövlət Amerikanın sanksiyaları altındadır. Bu situasiyada başqa addımın atılması mümkün deyil. Siyasətdə isə daimi maraqlar hər zaman böyük rol oynayıb”.
 
 
Kənan Novruzov: 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov burada bir neçə səbəb görür: "İran Zəngəzur dəhlizinin açılmasını hələ də özünün "qırmızı xətti" kimi görür. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, ola bilsin, İran kommunikasiya xətlərinin öz ölkəsi ərazisindən keçməsinə çalışır. İkincisi, bəlkə də, Tehran düşünür ki, dəhlizin açılması nəticəsində İrəvana təsir imkanları azalacaq. Üçüncüsü, mümkündür ki, İran Zəngəzur dəhlizinin açılması nəticəsində Azərbaycanın daha da güclənməsindən narahatdır. Amma Azərbaycan bu məsələdə israrlıdır. Türkiyə və Rusiya da dəhlizin açılmasına maraq göstərir. Bu, Azərbaycanın əlini gücləndirir. Rusiya İranın mövqeyinə təsir edə bilər. Fikrimcə, Tehran dəhliz məsələsi ilə bağlı getdikcə daha loyal mövqe ortaya qoyacaq. Əks halda, bu, Rusiya-İran münasibətlərində gərginliyə səbəb ola bilər. Yəqin ki, Tehran indiki gərgin məqamda Moskvanı itirmək istəməz. Zəngəzur dəhlizi bütün hallarda açılacaq".
 
Musavat
Oxşar xəbərlər
03 Oct 2024 | 23:57
"Uqledarın işğalı Ukrayna üçün problem yaradır, rusiyalıların logistikasını yaxşılaşdırır" - "The New York Times"
03 Oct 2024 | 23:18
"Ayətüllah Xamenei daha heç kimə etibar etmir": Tehranda hazırda nələr baş verir?
03 Oct 2024 | 23:13
Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? - VİDEO
03 Oct 2024 | 23:05
"Putin getdikcə əbədi həyata mübtəla olur" - "The Atlantic"' nəşri
03 Oct 2024 | 23:00
Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR
03 Oct 2024 | 22:50
Məşhur futbolçu həbs edildi: Görün mağazadan nə oğurlayıb
03 Oct 2024 | 22:43
ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı
03 Oct 2024 | 22:35
Safurə qızına ad günü etdi
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 22:24
Kim Çen Inın bacısı: "Mənasız təlxəklikdir"
03 Oct 2024 | 22:16
Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir
03 Oct 2024 | 22:08
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
03 Oct 2024 | 22:00
Vatsapdan mesajlaşma ilə bağlı yenilik
03 Oct 2024 | 21:53
Bayden Putinlə görüşü haqqında danışdı
03 Oct 2024 | 21:45
Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı işçi qrupu yaradıldı
03 Oct 2024 | 21:38
Xuraman Muradova: "Sürgün  talehli..." - VİDEO
03 Oct 2024 | 21:30
İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan
03 Oct 2024 | 21:25
Böhrandan Qələbəyə: Dahi Liderin xarici siyasət strategiyası
03 Oct 2024 | 21:18
"Qarabağ" - "Malmö" matçında ikinci qol... - Canlı
03 Oct 2024 | 21:10
İsrail bir də bunu etsə, sarsıdıcı cavab alacaq - İran
03 Oct 2024 | 21:04
Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
03 Oct 2024 | 20:54
Sarıkökün çox istifadəsi nələrə zərərlidir?
03 Oct 2024 | 20:46
Paşinyandan Makrona: Sülh sazişi imzalamağa hazırıq!
03 Oct 2024 | 20:38
Fransanın neokolonializm siyasətinə dair Bakıda konfrans keçirildi
03 Oct 2024 | 20:30
Qazlı su içdi - ölümdən döndü - VİDEO
03 Oct 2024 | 20:22
40 yaşdan sonra bu qidalardan imtina etməlisiniz
03 Oct 2024 | 20:14
Paşinyanla Makron Bakıya qarşı silah planını işə salır - DETALLAR
03 Oct 2024 | 20:05
Hansı “iPhone” daha məsləhətlidir? – 5 MODEL
03 Oct 2024 | 19:56
"Mənim üçün prioritet vəzifə Ukraynanın qələbəsini təmin etməkdir" - NATO-nun yeni baş katibi
03 Oct 2024 | 19:48
Amazonda yerli əhali qırıla bilər: Yanğınlar insanları boğur
03 Oct 2024 | 19:40
Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan
03 Oct 2024 | 19:35
Bakı metrosunda FACİƏ - Daha bir sərnişin qatar yoluna düşdü
03 Oct 2024 | 19:28
Mağaradan tapılan qocanın yaşı eşidənləri şoka saldı- VİDEO
03 Oct 2024 | 19:20
Fələstini dəstəkləməyə davam edəcəyik - Pezeşkian
03 Oct 2024 | 19:15
İsrail ordusu Beyruta hücum etdi
03 Oct 2024 | 19:10
Oktyabr BİR BÜRC üçün böyük dəyişikliklər ayı olacaq
03 Oct 2024 | 19:02
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
03 Oct 2024 | 18:58
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
03 Oct 2024 | 18:51
“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”
03 Oct 2024 | 18:40
Qarğanın hücumuna məruz qalan 87 yaşlı qadın barmaqlarından oldu
03 Oct 2024 | 18:35
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU 
03 Oct 2024 | 18:31
Yeni dövr müharibəsinin əsgərləri: “Robot itlər”...
03 Oct 2024 | 18:30
Hindistandan şad xəbər gəldi, düyü kəskin ucuzlaşdı
03 Oct 2024 | 18:25
Prezident və xanımı Cəbrayılda...
03 Oct 2024 | 18:18
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
03 Oct 2024 | 18:10
Şəkərin ən təhlükəli xüsusiyyəti
03 Oct 2024 | 18:04
Vətənpərvərlik, yoxsa militarizasiya: Kremldən 500 milyonluq “şüur əməliyyatı”
03 Oct 2024 | 18:00
Bakıda atadan azyaşlı qızına qarşı İYRƏNC CİNAYƏT
03 Oct 2024 | 17:55
Bakı metrosunda DƏHŞƏT: 55 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB
03 Oct 2024 | 17:50
88 yaşlı qadını aldadaraq pullarını alan Qazaxıstan vətəndaşı saxlanıldı - VİDEO
03 Oct 2024 | 17:44
Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi
03 Oct 2024 | 17:38
"Landsberqisin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Ayxan Hacızadə
03 Oct 2024 | 17:32
Rövşən Binnətli vəzifəsindən azad olundu
03 Oct 2024 | 17:27
UNEC-də beynəlxalq konfrans öz işinə başlayıb - FOTOLAR
03 Oct 2024 | 17:22
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
03 Oct 2024 | 17:17
Gəncləşən, sayı artan İNTİHARLAR: İnsanları bu yoldan NECƏ ÇƏKİNDİRƏK?
03 Oct 2024 | 17:12
“Qarabağ” - “Malmö” matçına nə qədər bilet satılıb?
03 Oct 2024 | 17:07
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıya GƏLDİ
03 Oct 2024 | 17:02
Ermənistanla sülhə maneə: konstitusiya, türk düşmənlərinə qoyulan heykəllər - ANALİZ
03 Oct 2024 | 16:56
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
03 Oct 2024 | 16:51
Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır
03 Oct 2024 | 16:45
Kamran Əliyev onu təltif etdi - FOTO
03 Oct 2024 | 16:40
Məktəblərdə TƏHLÜKƏLİ VƏZİYYƏT: Şagirdlər ard-arda bıçaqlanır və... - ŞOK
03 Oct 2024 | 16:34
Bakının 1 addımlığında ucuz evlər: Alanlar ikiqat qazanacaq
03 Oct 2024 | 16:28
"Rusiya Çinin sayəsində Ukraynanı dronlara qərq edəcək" - "Forbes"
03 Oct 2024 | 16:22
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
03 Oct 2024 | 16:16
“Sarıqışlar” Su Elektrik Stansiyasının açılışı oldu
03 Oct 2024 | 16:06
Tərtərdə xəstəxanada ÖLÜM - Cinayət işi başlanıldı
03 Oct 2024 | 16:00
"Azərbaycanlı həkimlər Almaniyanın səhiyyə sisteminə dəstəkdə mühüm rol oynayacaq" - Nuran Abdullayev
03 Oct 2024 | 15:54
Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
03 Oct 2024 | 15:49
BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
03 Oct 2024 | 15:44
Milli müstəqillik mübarizəmizdə dönüş nöqtəsi – Cavanşir Feyziyev yazır…
03 Oct 2024 | 15:38
Bu marşrutların hərəkət istiqaməti dəyişdiriləcək
03 Oct 2024 | 15:33
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldu
03 Oct 2024 | 15:28
Elçin Əmirbəyov İtaliya XİN başçısının müavini ilə görüşdü - FOTO
03 Oct 2024 | 15:22
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış oldu
03 Oct 2024 | 15:16
İlham Əliyev Zəngilanda beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoydu
03 Oct 2024 | 15:11
"Ukraynaya tərəfdaşları tərəfindən dəstək zəifləməyəcək" - Olaf Şolts
03 Oct 2024 | 15:05
İlham Əliyev Zəngilana getdi
03 Oct 2024 | 15:00
“Bu qoyunun dilini evdə qalan qızlar yeyir... veteranam lobya satıram... gecə saat 3-də işə başlayıram” – Reportaj + FOTO
03 Oct 2024 | 14:55
Metro gücləndirilmiş iş rejimində çalışacaq
03 Oct 2024 | 14:50
Əli Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - FOTO
03 Oct 2024 | 14:44
DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirdi - FOTO
03 Oct 2024 | 14:38
Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - İcmadan ETİRAZ
03 Oct 2024 | 14:32
KOBSKA və "Davamlı Gələcək Platforması"nın COP29-da birgə təşkil olunacaq pavilyonu ilə bağlı təqdimat mərasimi keçirilib - FOTO
03 Oct 2024 | 14:26
“Anam evdə konflikt yaradan qaynananı oynayırdı, o da elə görüb, onu da elə etmişdilər” - FOTO
03 Oct 2024 | 14:20
Cəbrayılda “Prestij-Kimya” MMC-nin zavodunun təməli qoyuldu
03 Oct 2024 | 14:14
Cəbrayılda zavodun təməli qoyuldu
03 Oct 2024 | 14:07
Küçədə qalmış qıza ev tutdu, onunla ailə kimi yaşadı, taksi sürücüsü ilə... –TƏFƏRRÜAT
03 Oct 2024 | 14:00
Cəbrayılda Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməli qoyuldu
03 Oct 2024 | 13:56
Prezident Cəbrayılda fabrikin təməlini qoydu
03 Oct 2024 | 13:51
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Güclü olacaq, oktyabrın 4-5-də...
03 Oct 2024 | 13:46
“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” - Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - ÖZƏL AÇIQLAMA
03 Oct 2024 | 13:39
Moskva və Vaşinqton İsrailin Quterrişlə bağlı qərarına münasibət bildirdi
03 Oct 2024 | 13:33
İrəvandan növbəti sülh şərləməsi - sərt reaksiya
03 Oct 2024 | 13:27
İqlim dəyişikliyi və miqrasiya mövzusunda tədbir keçirilib - FOTOLAR
03 Oct 2024 | 13:21
İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
03 Oct 2024 | 13:15
Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
03 Oct 2024 | 13:10
FHN Binədəki yanğınla bağlı məlumat yaydı - VİDEO
03 Oct 2024 | 13:05
İlham Əliyev Cəbrayılda tam orta məktəbin binasının açılışında iştirak etdi
GÜNLÜK
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
03 Oct 2024 | 12:15
İrandan Naxçıvana yol belə çəkilir: Zəngəzur dəhlizi isə... - Vitse-spiker detallı danışdı
03 Oct 2024 | 07:19
10-cu sinif şagirdi QƏTLƏ YETİRİLDİ - Hadisənin DETALLARI
03 Oct 2024 | 08:09
İsrail İranın nüvə obyektlərini vuracaqmı?.. – "CNN" 
03 Oct 2024 | 07:36
CİA Rusiyada agentlərin işə qəbulu proqramını genişləndirməyə başladı...-"REUTERS"
03 Oct 2024 | 10:57
"33 gün idi, haqqında yazmağa söz tapmırdım - indi öz sözünü tapdım, müəllim: “Söz haqqında söz...”
03 Oct 2024 | 07:45
Bu səhvlər ömrü qısaldır – Mütləq düzəldin
03 Oct 2024 | 09:39
UEFA Avropa Liqası: "Qarabağ" "Malmö"yə qarşı
03 Oct 2024 | 09:29
Bayden razılıq verdi: İsrail İrana görə bu ölkələri də vuracaq