Müvafiq strukturlar dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi istiqamətində ciddi işlər həyata keçirirlər.
Moderator.az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın azad olunmuş ərazilərdə təşkil edilməsi təsadüfi deyil: "Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri Azərbaycan xalqının öz mədəni irsinə münasibətinin təzahürüdür. Seminarı keçirməkdə məqsədimiz budur ki, dini amilin siyasi, psixoloji amilə çevrilməməsi istiqamətində müzakirələr aparaq. Dövlət qurumları, media nümayəndələri və cəmiyyət bu istiqamətdə vəhdətlə çalışmalıdır".