Rusiya-NATO savaşı başlayır – ŞOK GƏLİŞMƏ  
Siyasət
Oxunub: 1421
23 Sep 2024 | 11:45
Rusiya-NATO savaşı başlayır – ŞOK GƏLİŞMƏ  
Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə ABŞ-a rəsmi səfərə gedib. O, əvvəlcə Pensilvaniya, sonra Nyu York və Vaşinqtona səfər edəcək. Bu barədə Zelenski videomüraciətində bildirib. Prezident vurğulayıb ki, hazırladığı “Sülh formulu”nda əsas vəzifə Ukraynanı gücləndirmək, bütün xalqımızı qorumaqdır: “Bu müharibəyə yalnız qlobal iş əsasında ədalətli sülhlə son qoymaq olar”.
 
 O əlavə edib ki, “Sülh formulu” planını bütün müttəfiq dövlətlərin liderinə göstərəcək və onlardan açıq dəstək istəyəcək. “ABŞ prezidenti Co Baydenin “Ukraynanın Sülh Planı”nı ilk görən şəxs olacağını bildirən Zelenski vurğulayıb ki, yalnız bundan sonra layihə tərəfdaş ölkələrin bütün liderlərinə, ABŞ Konqresinə və hər iki ABŞ prezidentliyinə namizədlərə təqdim olunacaq.
 
Sual oluna bilər: Zelenskinin “Sülh formulu” hansı prinsipləri ehtiva edir? Bunu sözün gerçək mənasında sülhə doğru atılmış addım saymaq olarmı? Ən əsası, Qərb liderləri, xüsusilə ABŞ rəsmiləri Zelenskinin sülh planına dəstək verəcəklərmi?
 
Moderator.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Zelenskinin sülh formulu nə qədər gizli tutulsa da, onun bəzi prinsipləri Ukrayna prezidentinin özü tərəfindən şüurlu şəkildə ictimaiyyətə sızdırılıb: “Bizə məlum olan bu prinsipləri sülh formulu adlandırmaq mümkün deyil. Çünki, sülh anlayışı “qarşılıqlı güzəşt” anlamına gəlir. Bu formulda isə Ukrayna üçün hər hansı bir güzəşt nəzərdə tutulmur. Zatən Zelenskinin özü də bu plandan danışarkən onu sülh yox, “Qələbə formulu” adlandırır. Söhbət qələbədən gedirsə, deməli qarşı tərəf üçün məğlubiyyət planı cızılır. Bu baxımdan, Rusiyanın bu planı qəbul edəcəyini gözləmək sadəlövhlük olardı. Məlumdur ki, Ukrayna-Rusiya arasında bağlanacaq istənilən sazişə həmin ölkələr imza atacaq. Deməli, ABŞ-dan, Böyük Britaniyadan və dünyanın istənilən dövlətindən daha çox Rusiyanın və Ukraynanın buna razılıq verməsi tələb olunur”.
 
Heydər Oğuzun fikrincə, Ukraynanın müttəfiqləri də Zelenskinin “Qələbə formulu”nun Rusiya tərəfindən mənimsəniləcəyinə, dolayısıyla iki tərəf arasında sülhün bərqərar olacağına inanmırlar: “Ukraynanın müttəfiqləri arasına ən qatı tərəfdarı Böyük Britaniyadır. Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi ölkəsinin “The Guardian” nəşrinə son açıqlamasında Ukraynada müharibənin 2025 və 2026-cı illərə qədər uzanacağını bildirib. Üstəlik deyib ki, qarşıdakı iki ildə döyüşlər daha da dərinləşəcək və mürəkkəbləşəcək. Lemmi ABŞ-ın adını çəkmədən digər müttəfiqləri Ukraynanı dəstəkləməkdə daha cəsarətli olmağa çağırıb. O, eyni zamanda Rusiyanın dərinliyinə zərbə endirmək üçün Ukraynaya icazə verilməsinin vacibliyinə toxunub. Bütün bu faktlar Zelenskinin “Sülh formulu”nun əslində daha geniş müharibə planı olduğundan xəbər verir”.
 
 
Siyasi şərhçinin fikrincə, yaxın bir neçə gün ərzində Zelenskinin ABŞ-da aparacağı müzakirələrdə də Rusiyanın dərinliyinə daha ciddi zərbələr vurulması masaya yatırılacaq: “Təsadüfi deyil ki, Ukrayna prezidenti ABŞ-a “əliboş” getməyib. Səfərdən əvvəl Rusiyanın ən azı 3 hərbi arsenalının vurulması Zelenskinin müttəfiqlərinə təqdim edəcəyi planın əyani vəsaiti kimi başa düşülməlidir. Sanki Ukrayna ordusu bu uğurlu əməliyyatları həyata keçirməklə “Qələbə planı”nın fantastika olmadığı göstərməyə çalışıb. Prinsipcə, ABŞ-ın Ukraynadan görmək istədiyi də bu idi. ABŞ rəsmiləri açıq şəkildə bildirirdilər ki, Ukrayna Rusiyanın dərinliyinə zərbələr endirmək planını təfsilatlı şəkildə göstərsin, bundan sonra ona icazə verilib-verilməyəcəyinə baxıla bilər. Zelenski də ABŞ-a təkcə nəzəri ideyalarla deyil, həm də bu ideyaların real nəticələri ilə gedib. Həqiqətən də təkcə Tver vilayətinin Toroperts  şəhəri yaxınlığındakı silah arsenalının partaldılması nəticəsində 30 min tonluq sursat havaya sovrulub. Bu, haradasa 750 min raket və artilleriya mərmisinin eyni anda partlaması deməkdir. Estoniya kəşfiyyat orqanlarının hesablamalarına görə, Kiyev bu zərbə ilə Rusiya Silahlı Qüvvələrinin Ukraynada istifadə etdiyi 3 aylıq mərmi ehtiyatını partladıb. Bəzi mütəxəssislər isə daha böyük rəqəm səsləndirirlər. Onların fikrincə, partlayış nəticəsində üçaylıq yox, birillik silah arsenalı yox olub. Həmin əməliyyatdan 4 gün sonra Ukrayna ordusu daha iki silah arsenalını vurub. Hətta o silah anbarlarından birində Rusiyanın Sarmat adlanan ən güclü nüvə silahının saxlandığına dair fikirlər səsləndirilir. Fikrimcə, Zelenskinin ABŞ səfərindən əvvəl bu təhlükəli əməliyyatların həyata keçirilməsi nəbz yoxlaması idi. Ukrayna bu riskli hücumlarla faktiki olaraq, Rusiyanın “qırmızı cizgilərinin” blefdən başqa bir şey olmadığını əyani şəkildə ortaya qoydu”.
 
Bütün bu uğurlu “təcrübi” əməliyyatlardan sonra ABŞ-ın da bəhanəsinin qalmayacağını düşünən siyasi şərhçi Zelenskinin Vaşinqton səfərindən istədiyini alacağına inanır: “Açığı, ABŞ-ın indiyədək özünü “naza qoymasının” iki səbəbi olduğunu düşünürəm. Əvvəla, o, bu cür tərəddüdlərlə Ukraynanı real addımlar atmağa təşviq etmək istəyirdi. Bilirsiniz ki, ötən il yayda Ukraynanın keçirəcəyini bildirdiyi əks-hücum əməliyyatında xeyli tərəddüd etdiyi hiss olunurdu. Bəlkə həmin əks-hücum əməliyyatının uğurlu alınmamasında digər amillərlə yanaşı bu tərəddüdlərin də önəmli rolu olmuşdu. Təsadüfi deyil ki, sözügedən əməliyyatdan sonra ABŞ uzun müddət müxtəlif bəhanələrlə Ukraynaya silah yardımını dayandırdı və günahı Trampın “arapozanlığının” üstünə atdı. Düzdür, bu ləngimələrdə ABŞ-ın müharibəni mümkün qədər uzatmaq istəyi də önəmli rol oynamışdı. Amma onun bəhanə ilə Ukraynaya verdiyi mesaj aydın idi: “tərəddüd etsən, səni Rusiya ilə savaşda təkbaşına buraxa bilərik”.
 
ABŞ-ın “özünü naza qoyması”nın ikinci səbəbi Ukrayna barədə veriləcək qərarın kollektiv şəkildə qəbuluna nail olmaqdır. İndiyə qədərki bütün xarici əməliyyatlara nəzər salanda görürük ki, ABŞ demək olar bütün planlarını kollektiv Qərbin və ya dünya ictimaiyyətinin qərarına çevirmək  xətti tutub. Vaxtilə Əfqanıstana müdaxilə edəndə bunu BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirmişdi. Eynilə 2003-cü ildə İraqın işğalı da guya, yaradılmış beynəlxalq koalisiyanın birgə razılığı ilə baş verdi. Vaşinqtonun iddiasına görə, həmin koalisiyada 49 ölkə təmsil olunsa da, əslində bütün yük ABŞ və Böyük Britaniyanın üzərində düşmüşdü. Görünür, ABŞ Ukrayna savaşında da eyni motivlərlə hərəkət etmək əzmindədir. O, “özünü naza qoymaqla” əslində Ağ ev mətbəxində bişən yeməyə bütün dünya dövlətlərinin duzunu qatmaq istəyir. Üstəlik, Ukrayna savaşında İran və Əfqanıstandan fərqli olaraq, daha məsum bir əsas da formalaşdırılıb. Guya, bunu ABŞ yox, rus işğalına məruz qalan Ukrayna tələb edir və yeri gələndə Vaşinqton bu savaşa könülsüz, Kiyev istəyir deyə qoşulur.
 
Heydər Oğuzun fikrincə, ABŞ-ın bu könülsüzlüyü təkcə, məsuliyyət bölgüsündən irəli gəlmir: “Bu həm də dəhşətli itkilərin yaşanacağı Ukrayna-Rusiya savaşına legitimlik qazandırmaq və digər Qərb ölkələrini daha çox silahlandırmaq cəhdidir. Başqa sözlə, ABŞ bu savaşa digər imkanlı dövlətləri cəlb etməklə həm də Ukraynaya satacağı silahları onun çiyinlərinə yükləyir. Bundan əlavə, Qərb ölkələrini öz ətrafında toplayaraq, Rusiya və Çindən ayırır. Beləcə, həm qaz vurub qazan doldurur, həm də dünya hegemoniyasını sürdürür”.
 
Bütün bu mülahizələrdən çıxış edən Heydər Oğuzun fikrincə, Zelenskinin ABŞ səfərindən sonra Ukrayna-Rusiya savaşında yeni mərhələ başlayacaq: “Böyük ehtimalla, 25 sentyabr tarixində BMT Baş Assambleyası Zelenskinin “Sülh Formulu”nu böyük səs çoxluğu ilə qəbul edəcək. Ardınca ABŞ-ın gedərayaq prezidenti Co Bayden də Ukraynaya əlində Amerika silahlarından istədiyi kimi istifadə etmək icazəsi verəcək. Nəticədə Rusiya-NATO savaşının gerçək üzü ilə qarşılaşacağıq. Yəqin ki, uzun illər davam edəcək bu ağır döyüşlərdə Rusiyanın qalib gəlmək şansının çox olmadığına inanıram. Allah hər iki ölkənin məsum xalqına böyük səbir nəsib etsin”.
 
Oxşar xəbərlər
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 22:50
""Halloween" xristian bayramı deyil, mənası təhrif olunmuş dünyavi əyləncədir"
31 Oct 2024 | 22:45
Bu şəxslər Rusiyanı tərk etməlidirlər - Medvedevdən XƏBƏRDARLIQ
31 Oct 2024 | 22:40
İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 Oct 2024 | 22:30
Noyabrın ən təhlükəli tarixləri - özünüzü qoruyun
31 Oct 2024 | 22:24
İki nəfər dəm qazından boğularaq öldü
31 Oct 2024 | 22:16
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var
31 Oct 2024 | 22:08
Güləşçilərimiz DÇ-ni medalsız başa vurdular
31 Oct 2024 | 22:00
Hər kəsin ala biləcəyi MÖCÜZƏ: xərçəngə səbəb olan zəhərləri MƏHV EDİR - FOTO
31 Oct 2024 | 21:57
"Naxışlı müğənniyəm, indiki ağlım olsaydı o qədər pul alardım ki..."-FOTO+ÖZƏL
31 Oct 2024 | 21:50
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
31 Oct 2024 | 21:43
Bu ərazilərdə qaz kəsiləcək
31 Oct 2024 | 21:35
Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
31 Oct 2024 | 21:30
COP29 vaxtı bu şəxslərə yemək pulsuz olacaq
31 Oct 2024 | 21:29
"Lukaşenko iki ağadan asılı olan nökərdir" - Leonid Kuçma
31 Oct 2024 | 21:28
BMT Təhlükəsizlik Şurası KXDR-in Ukrayna müharibəsinə cəlb edilməsini müzakirə edib
31 Oct 2024 | 21:22
"Kübar təbəqə bu müğənniləri məclisinə dəvət etmir"
31 Oct 2024 | 21:16
“Bizdə bir dəfə çap edilən klassik 10 il yada düşmür, Rusiyada isə...”
31 Oct 2024 | 20:50
Tramp, yoxsa Harris: Azərbaycanın maraqlarına hansı sərfəlidir?
31 Oct 2024 | 20:40
Broyler yumurtaları ZƏRƏRLİDİR? - XƏBƏRDARLIQ
31 Oct 2024 | 20:30
İspaniyada daşqın nəticəsində ölənlərin sayı 150-ni ötdü: Onlarla yol hələ də bağlıdır
31 Oct 2024 | 20:25
Gürcüstandan Ermənistana tərs şillə
31 Oct 2024 | 20:18
Mehriban Əliyeva Alim Məmmədov adına uşaq bağçası-körpələr evinin açılışında iştirak edib
31 Oct 2024 | 20:10
XİN-dən Fransanın Ermənistandakı səfirinə cavab
31 Oct 2024 | 20:00
Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdirilir
31 Oct 2024 | 19:56
“Heç bir dövlət Ukraynaya ordu göndərməyəcək, çünki...”
31 Oct 2024 | 19:45
Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
31 Oct 2024 | 19:40
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib
31 Oct 2024 | 19:30
5 qanuna dəyişiklik edilir: yeni qaydalar belə olacaq - FOTO
31 Oct 2024 | 19:23
Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəlib
31 Oct 2024 | 19:15
Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...
31 Oct 2024 | 19:08
İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
31 Oct 2024 | 19:00
Ermənistan İrana yeni səfir təyin edib
31 Oct 2024 | 18:52
Bulvarda gəmi gəzintisinin bərpa ediləcəyi tarix açıqlandı
31 Oct 2024 | 18:46
Bir neçə dövlətdə tətbiq olunan qorxunc plan: Növbəti hədəf hansı ölkə ola bilər?
31 Oct 2024 | 18:40
Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır
31 Oct 2024 | 18:35
Millimiz Monteneqronu məğlub etdi
31 Oct 2024 | 18:30
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
31 Oct 2024 | 18:20
İrana daha bir ŞOK: bu ölkədəki bütün konsulluqları bağlanır
31 Oct 2024 | 18:15
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
31 Oct 2024 | 18:10
Son sorğu: Tramp Harrisdən öndədir
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 18:05
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
31 Oct 2024 | 18:03
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 17:56
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
31 Oct 2024 | 17:52
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
31 Oct 2024 | 17:48
Qazaxda yol qəzası: Xəsarət alanlar var
31 Oct 2024 | 17:44
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
31 Oct 2024 | 17:40
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 17:33
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
31 Oct 2024 | 17:29
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
31 Oct 2024 | 17:24
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
31 Oct 2024 | 17:19
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
31 Oct 2024 | 17:14
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
31 Oct 2024 | 17:09
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
31 Oct 2024 | 17:04
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
31 Oct 2024 | 17:00
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
31 Oct 2024 | 16:57
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
31 Oct 2024 | 16:53
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
31 Oct 2024 | 16:48
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
31 Oct 2024 | 16:45
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
31 Oct 2024 | 16:41
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
31 Oct 2024 | 16:38
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
31 Oct 2024 | 16:35
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
31 Oct 2024 | 16:32
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
31 Oct 2024 | 16:28
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
31 Oct 2024 | 16:24
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
31 Oct 2024 | 16:10
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
31 Oct 2024 | 16:05
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
31 Oct 2024 | 15:58
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
31 Oct 2024 | 15:54
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:46
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 15:38
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
31 Oct 2024 | 15:35
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 15:25
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
31 Oct 2024 | 15:20
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
31 Oct 2024 | 15:16
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
31 Oct 2024 | 15:13
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
31 Oct 2024 | 15:09
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
31 Oct 2024 | 15:06
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 Oct 2024 | 15:03
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
31 Oct 2024 | 14:58
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
31 Oct 2024 | 14:54
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
31 Oct 2024 | 14:51
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
31 Oct 2024 | 14:48
Konqo Prezidenti Azərbaycana gələcək
31 Oct 2024 | 14:45
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 Oct 2024 | 14:40
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
31 Oct 2024 | 14:34
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
31 Oct 2024 | 14:28
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
GÜNLÜK
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
31 Oct 2024 | 12:30
Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
31 Oct 2024 | 09:24
Axşamlar toya gedib, səhərlər qatıq satan məşhur müğənni GÖRÜN KİMDİR - FOTO
31 Oct 2024 | 12:16
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:19
Qadın müdirini pusquya saldı, başına çəkic vurdu - İlginc OLAY
31 Oct 2024 | 08:10
Ərdoğan Azərbaycanı bu SİYAHIDAN ÇIXARDI
31 Oct 2024 | 08:28
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb? - VİDEO
31 Oct 2024 | 07:50
Şimali Qəzza xəstəxanasının direktoru oğlunun da qətlinə rəğmən işini tərk etmədi...-VİDEO
31 Oct 2024 | 08:49
Şöhrət Məmmədovun toyundan görüntülər - VİDEO
31 Oct 2024 | 13:42
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 08:56
Keşiş Baqrat xaricə getdi: Müalicə, yoxsa daha güclü və əyani təlimat üçün?..
31 Oct 2024 | 12:30
Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi