"1994-cü ildən bu günədək Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır"
Cəmiyyət
Oxunub: 1464
20 Sep 2024 | 11:48
Müasir müstəqil Azərbaycan dövlətinin neft strategiyasının əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Şübhəsiz 30 ilin Azərbaycanın, o cümlədən ölkəmizin neft sənayesinin inkişafında hansı uğurlarla, mühüm hadisələrlə yadda qaldığını bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə keçilən yola  qısa nəzər salmaqla “Əsrin müqaviləsi”nin dövlətimizə və xalqımıza qazandırdığı dividentlərin aydın mənzərəsini yaratmaq mümkündür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən biri məhz Onun böyük uzaqgörənliklə və düşünülmüş siyasəti əsasında  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanan neft strategiyası və bu strategiyanın əsas tərkib hissəsi olan,  Azərbaycana bugünkü reallıqları qazandıran, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə çevirən,  təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdan “Əsrin müqaviləsi”dir.   Müqavilə 1994-cü il 20 sentyabr tarixində  7 ölkənin 11 ən məşhur neft şirkətinin  iştirakı ilə imzalanan bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, müstəqilliyimizin mühüm təminatçısına çevrildi.
 
“Əsrin müqaviləsi” çağdaş Azərbaycanın  salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən  Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə  “Əsrin müqaviləsi”ndən öncə Bakıda Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Məhz 1994-cü ildən başlayaraq  hər il ənənəvi keçirilən Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili oldu. Bu saziş investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. Başqa sözlə ölkəmizin  iqtisadi və siyasi inkişafı məhz “Əsrin müqaviləsi”ndən başladı.
 
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, bu saziş yeni-yeni müqavilələrə, Anlaşma memorandumlarına yol açdı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu saziş illər keçdikcə Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. “Əsrin müqaviləsi”nin 20 illiyində,  2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev  bu mühüm hadisəni neft-qaz sektorunda  görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Cənab Prezident çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı. 1994-cü ildən  bu günə qədər Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. 1994-cü ildən bu günədək ölkənin neft-qaz sahəsində həyata keçirilən tədbirlərin xronologiyasına nəzər salsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.
 
Baş redaktor onu da qeyd edib ki, “Əsrin müqaviləsi”nin uğurlu icrası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu sazişin imzalanması ilə “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Onun icra müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev   yeni imzalanan kontraktın  Azərbaycan üçün daha da əlverişli olduğunu belə əsaslandırdı ki, müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün  kontraktın çox böyük əhəmiyyətə malik olduğu  diqqətə çatdırıldı. 2017-ci il “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı,  ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə də  əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə  çıxarılmışdı. Bu reallığı da xüsusi qeyd etməliyik ki, 1970-1980-ci illərdə Ulu Öndər  Heydər Əliyev neft sənayesinin inkişafı üçün çox mühüm addımlar atmışdır. O illərdə  neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Həmin dövrdə  yaradılmış potensial, xüsusilə Bakı Dərin Özüllər Zavodunun fəaliyyəti bu gün  bizim neft potensialımızı gücləndirir.
 
Vüqar Rəhimzadə neft strategiyasının uğuru icrasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rolunu xüsusi qeyd edib. Bildirib ki, SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük investisiya  layihələri həyata keçirən müasir bir Şirkətdir. Hazırda Azərbaycandan dünyanın onlarla ölkəsinə neft və neft məhsulları, 10 ölkəyə təbii qaz ixrac edilir. Bu fikir beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, SOCAR-ı yalnız uğurlar müşayiət edir. Dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Şirkət qarşıya qoyulan hədəflərə nail olmaq, həmçinin gündəmə gətirilən layihələrin icrası üçün kadr hazırlığına da xüsusi diqqət yönəldir. Kompleks tədbirlər ölkənin dayanıqlı inkişafında SOCAR-ın töhfələrinin artmasında əhəmiyyətli rol oynayır. Çıxışlarında BP-SOCAR əməkdaşlığının  bu gün bir çox ölkələr üçün nümunə olduğunu bildirən dövlət başçısı İlham Əliyev bildirir ki,  “Əsrin kontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Dövlətimizin başçısı tərəfindən bu məqsəd qarşıya qoyulmuşdu ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Bunun üçün SOCAR-ın fəaliyyəti genişləndirildi. Bu gün həm ölkə daxilində, həm xaricdə SOCAR-ın çox böyük fəaliyyəti var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir.
 
Baş redaktor bildirib ki, son 21 ilə yaxın dövrdə Azərbaycan yalnız enerji deyil, qeyri-neft sektorunda da qazandığı uğurlarla diqqətdədir. Bu da “Əsrin müqaviləsi”nin uğurlu nəticələrindəndir. Dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insan karitalına çevirək!” tezisi artıq reallığa çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsi  neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur” çağırışını etməklə yanaşı, böyük uzaqgörənliklə  bugünümüzə və gələcəyimizə xidmət edən bu mühüm addımı da atmışdır. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti Azərbaycanın hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 58 milyard dollardan artıqdır. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Bu vəsaitlərin yönəldildiyi istiqamətlərə diqqət yetirməklə ölkəmizin inkişafı barədə aydın təsəvvürə malik olmaq olar.
 
Vüqar Rəhimzadə qeyd edib ki, hər dövrün öz çağırışları vardır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün , eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır. Ölkəmiz hazırda bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu sahədəyə  investisiya qoyuluşu günümüzün əsas çağırışları sırasındadır. Azərbaycan enerji diplomatiyasının qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 bütün bu məqamlara, Azərbaycanın beynəlxalq nüfuzuna və malik olduğu imkanlara işıq salacaq.
 
Baş redaktor onu da əlavə edib ki, “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi deyil, həm də siyasi dividend gətirdi. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu bunun bariz nümunəsidir. Ən əsası ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələri bu roluna mütəmadi olaraq yeni əlavələr edir.  Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Azərbaycanın dünyadakı rolu artır və bunun təməlində Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliyi ilə işləyib hazırladığı neft strategiyası dayanır.
 
Vüqar Rəhimzadə bildirib ki, bu gün hər bir sahədə “Əsrin müqaviləsi”nin uğurlarını görmək mümkündür. Azərbaycanda iqtisadi tərəqqi bütün inkişafın əsasıdır. Ölkəmizdə iqtisadi inkişaf, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır. Hər zaman bu reallıq önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir.  Amma Azərbaycanın neft strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu problemi yaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü, eyni zamanda, düzgün istiqamətləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan hazırda sosial dövlət kimi dünyanın diqqətindədir. Bu gün “Əsrin müqaviləsi”nin nəticələrini işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görürük. Azərbaycan iqtisadi imkanlarına söykənərək dünya hərb tarixində ilkə imza atdı. Belə ki, müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla nəhəng iqtisadi və maliyyə imkanlarını nümayiş etdirdi. Düzgün qurulan siyasət davamlı uğurların əsasıdır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün  iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə geniş imkanlar açır.
 
Baş redaktor “Əsrin müqaviləsi”nin imzalandığı tarixin, 20 sentyabrın Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunduğunu önə çəkərək bu sahədə çalışanları bayram münasibətilə təbrik edib, onlara neft strategiyasının icrasında uğurlar diləyib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda,  yeni  layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Heç də təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev həyatının 9 ilinin Dövlət Neft Şirkətində keçməsi ilə fəxr etdiyini bildirir.
 
Oxşar xəbərlər
19:22, Bu gün
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
18:50, Bu gün
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
18:38, Bu gün
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
18:34, Bu gün
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
18:24, Bu gün
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
18:05, Bu gün
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
18:05, Bu gün
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
18:00, Bu gün
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
17:52, Bu gün
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
17:51, Bu gün
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
17:46, Bu gün
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
17:45, Bu gün
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
17:40, Bu gün
Məşhur aparıcının sümükləri əriyir
17:35, Bu gün
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
17:30, Bu gün
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
17:26, Bu gün
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
17:23, Bu gün
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
17:20, Bu gün
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
17:00, Bu gün
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
16:53, Bu gün
Siqaretdən daha təhlükəli 5 qida
16:45, Bu gün
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
16:36, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
16:28, Bu gün
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
16:20, Bu gün
THY Brüsselə uçuşlarını təxirə salır
16:13, Bu gün
Qulaqlarınızı bunlarla təmizləməyin
16:05, Bu gün
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
15:45, Bu gün
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
15:36, Bu gün
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
15:28, Bu gün
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
15:20, Bu gün
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
15:08, Bu gün
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
15:00, Bu gün
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
14:50, Bu gün
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
14:43, Bu gün
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
14:35, Bu gün
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
14:34, Bu gün
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
14:28, Bu gün
Hamilə qadınlar bu qidaları yesin
14:20, Bu gün
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
14:16, Bu gün
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
14:08, Bu gün
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
14:00, Bu gün
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
13:54, Bu gün
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
13:45, Bu gün
Renkanın tədbirdə paltarı yandı - FOTO
13:37, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ
13:29, Bu gün
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
13:18, Bu gün
İsrail Livanda quru əməliyyatına hazırlaşır
13:10, Bu gün
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
13:02, Bu gün
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
12:56, Bu gün
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
12:48, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
12:40, Bu gün
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
12:33, Bu gün
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
12:25, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:18, Bu gün
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
12:10, Bu gün
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
12:00, Bu gün
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
11:46, Bu gün
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
11:39, Bu gün
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
11:39, Bu gün
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
11:38, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
11:35, Bu gün
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
11:30, Bu gün
Mövqelərimiz yenidən atəşə tutuldu
11:23, Bu gün
9 nəfəri daşqın apardı
11:15, Bu gün
İsrailin növbəti planı məlum oldu
11:08, Bu gün
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
10:57, Bu gün
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
10:46, Bu gün
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
10:39, Bu gün
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:25, Bu gün
İtlər hansı yuxuları görür? - Yatmış iti...
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
09:45, Bu gün
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
09:38, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
09:30, Bu gün
Markov: Hiyləgər plan, yoxsa İran rüsvayçılığa üstünlük verir?
09:22, Bu gün
Gözlər Tehranda: İranın cavabı necə olacaq?
09:15, Bu gün
"Onlar qanun qarşısında cavab verməlidirlər!"
09:10, Bu gün
Bu qidalar ömrünüzü uzadacaq
08:59, Bu gün
Səidə bu həmkarlarını biabır etdi - VİDEO
08:51, Bu gün
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
08:31, Bu gün
ABŞ-ın bu ölkədəki bazası atəşə tutuldu
08:17, Bu gün
Ceyhun Bayramov: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb
08:08, Bu gün
Oktyabr bu bürclər üçün uğursuz gəlir: İş mühitində problemlər, maliyyə itkisi...
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
07:20, Bu gün
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
28 Sep 2024 | 22:13
Sentyabrın sonunda ÜÇ BÜRCÜN həyatı kəskin dəyişəcək
GÜNLÜK
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı