Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin ana müxalifəti olan “Xalq Cümhuriyyəti Partiyası”nın (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlunu 4 il 1 ay həbs cəzası gözləyir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həbs qərarı İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini və məhkəmə üzvlərini təhqir etmək zəminində verilib.
Qeyd edək ki, Kılıçdaroğlu Enis Berberoğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından sonra İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini qanunsuzluqda ittiham etmişdi:
“Bu qərarı verənlər bu qərarın altında qalacaqlar. Biz illərimizi demokratiyaya sərf etmişik və ədalət, demokratiya istəyirik. Biz bu ölkədə fikir azadlığı istəyirik".