Marsın sirli strukturları: Qədim okeanın dibində kəşf edildi
1453
17 Sep 2024 | 15:35

Marsın sirli strukturları: Qədim okeanın dibində kəşf edildi

Elm adamları Marsın yeni cazibə xəritəsini təqdim ediblər. Xəritə Marsın artıq mövcud olmayan okeanının altında nəhəng strukturları göstərir.
 
Moderator.az əbər verir ki, xəritə NASA-nın “InSIGHT” zondu da daxil olmaqla bir çox missiyasının məlumatları əsasında hazırlanıb.
 
Tədqiqatlar göstərir ki, planetin daxili strukturunda hələ də aktiv proseslər davam edir, bu, alimləri Marsdakı vulkanik fəaliyyətlər barədə yenidən düşündürməyə başlayıb.
 
Delft Texnologiya Universitetindən Bart Rutun rəhbərlik etdiyi tədqiqat qrupu Marsın daxili strukturlarında gözləniləndən fərqli proseslərin baş verdiyini bildirib. Xüsusilə Olimp Muns və Tarsis Mont bölgələrində iri vulkanik strukturların yerləşdiyi bu sahənin çökməkdənsə, yuxarıya doğru qabardığı müəyyən edilib.
 
Tədqiqatçılar bu vəziyyəti mantiyada yüksələn nəhəng kütlənin yaratdığı təzyiqlə izah edirlər.
 
Alimlər Marsın Şimal qütb düzənliklərində yerləşən sıx strukturları da üzə çıxarıblar. Bu strukturlar qədim okean dibindəki çöküntü qatının altında yerləşir və təxminən 20 müxtəlif strukturun ərazidə cazibə anomaliyalarına səbəb olduğu güman edilir.
 
Araşdırmanın nəticələri göstərir ki, Marsın daxili strukturlarında hələ də aktivlik var. Tədqiqatçılar bu fəallığın gələcəkdə yeni vulkanik proseslərə səbəb ola biləcəyini düşünürlər. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər