Azərbaycan QHT-lərindən ABŞ-a MƏKTUB 
Dünya
Oxunub: 1352
17 Sep 2024 | 10:30
Azərbaycan QHT-lərindən ABŞ-a MƏKTUB 
Azərbaycan Qeyri-Hökumət Təşkilatları ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb.
 
APA xəbər verir ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisinin tabe olduğu Xəzinədarlıq Katibliyinin rəhbəri xanım, Canet L.Yellen (Janet L.Yellen), ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri cənab Alan F.Esteves (Alan F.Estevez), ABŞ-ın ədliyyə departamentinin rəhbəri cənab Merrik B.Qarlend (Merrick B.Garland), Avropa Komissiyasının prezidenti, xanım Ursula fon der Lyayen (Ursula von der Leyen), Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Jozef Borrel (Josep Borrell) və Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelə (Charles Michel) ünvanlanan məktubda deyilir: “Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahatlığımızı ifadə etmək üçün sizə müraciət edirik. Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qarşısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir.
 
2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanmaqdadır.
 
2021-2023-cü illər ərzində Ermənistanın xarici ticarətində mal və coğrafi strukturunun kəskin dəyişməsi Qərb ölkələri tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yayınması ilə əlaqədardır. 2021-ci ildə Ermənistanın Rusiya Federasiyası ilə xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 24,2% artaraq 2,6 milyard ABŞ dolları, 2022-ci ildə 2021-ci illə müqayisədə 93,4% artaraq 5 milyard ABŞ dolları, 2023-cü ildə isə 2022-ci illə müqayisədə 45,7% artaraq 7,3 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Rusiya Federasiyasının baş nazirinin birinci müavini Aleksey Overçuk Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında hər iki ölkə arasında 2024-cü ildə xarici ticarət dövriyyəsinin 14-16 milyard ABŞ dollarına çatacağını bildirib. Bütövlükdə verilən proqnozun reallaşacağı təqdirdə, 2024-cü ildə Ermənistan ilə Rusiya Federasiyası arasında xarici ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 8 dəfəyə qədər artacaq.
 
Ermənistan Dövlət Statistika Komitəsinin nəşrinə əsasən, Rusiya Federasiyasına 2022-ci ildə mal ixracı 2021-ci illə müqayisədə 3 dəfə artaraq 2,4 milyard ABŞ dolları, 2023-cü ildə 2022-ci illə müqayisədə 43,1% artaraq 3,4 milyard ABŞ dolları ilə tarixi rekord səviyyəyə çatıb. 2010-2020-ci illər ərzində Ermənistandan Rusiyaya ixracın artım sürəti orta hesabla 18,6% olması qarşılığında, 2020-2023-cü illər ərzində bu göstərici 64%-ə çatıb.
 
2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində Rusiya Federasiyasının payı 40-44% həddinə yüksəlib. Buna səbəb Ermənistanın sanksiyalardan yayınaraq bir sıra Avropa İttifaqı ölkələri, Ərəb Körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədi ilə mal və məhsulları idxal etməkdir. Belə ki, 2023-cü il ərzində Ermənistandan Rusiya Federasiyasına ixrac edilən malların 14,7%-ni (499 mln. ABŞ dolları) telefon aparatları, mobil və başqa simsiz rabitə üçün telefon aparatları, 11,1%-ni (378 milyon ABŞ dolları) minik avtomobilləri, 7,39%-ni (250 milyon ABŞ dolları) monitor və proyektorlar, 2,54%-i (86 milyon ABŞ dolları) hesablayıcı maşınlar, onların blokları, maqnit və optik hesablayıcı qurğular, 1%-i (31 milyon ABŞ dolları) tozsoran avadanlıqları təşkil edir. Bütövlükdə, Ermənistanın ixracında yer alan elektromexanika və maşın avadanlıqlarının 91%-i Rusiya bazarlarına göndərilir. Bundan əlavə, 2022-ci illə müqayisədə 2023-cü ildə Ermənistandan Rusiya bazarlarına nüvə reaktorları, avadanlıq və mexaniki qurğuların ixracı 10 dəfə, ixrac edilən optik, fotoqrafiya, kinematoqrafiya və tibbi cərrahiyyə alətləri 5 dəfə, təyyarə, kosmik gəmi və onun hissələrinin ixracı 2 dəfə, gəmilər, qayıqlar və üzən konstruksiyaların ixracı 18 dəfə, musiqi alətlərinin ixracı 38 dəfə, bütün növ saatların ixracı 28 dəfə, incəsənət əşyaları və kolleksiya əşyaları 19 dəfə artıb. Qeyd olunan malların heç biri Ermənistan ərazisində istehsal edilməməsi ilə birgə bu məhsulların əksəriyyətinin 2022-ci ilə qədər Rusiya Federasiyasına ixracı mövcud olmayıb.
 
Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, bir sıra Avropa İttifaqı ölkələri Rusiya Federasiyası ilə Ermənistan vasitəsilə xarici ticarət əməliyyatlarını davam etdirir. Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanla Avropa İttifaqı arasında ticarətin 2,4 dəfə artması təəccüb doğurur. Bir sıra Avrozona ölkələri ilə münasibətdə isə nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir. Belə ki, 2023-cü ildə 2021-ci illə müqayisədə Ermənistanın Yunanıstana ixracı 39 dəfə və Kiprə ixracı 24 dəfə artıb. Necə ola bilər ki, bir tərəfdən Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir, amma digər tərəfdən elə həmin sanksiyaların tətbiqinə cavabdeh olan ölkələr Ermənistanın Rusiya ilə qanunsuz ticarətində iştirak edir? Axı dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir.
 
Avropa İttifaqının Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin mart ayında qəbul edildikdən sonra vaxtaşırı yenilənir və uzadılır. Avropa İttifaqı Şurası 28 noyabr 2022-ci il tarixində yekdilliklə Avropa İttifaqının fəaliyyətinə dair Müqavilədə (“TFEU”) istinad edilən “Aİ cinayətləri” siyahısına “Aİ sanksiyalarının pozulması”nı da əlavə edən qərar qəbul edib. Rusiyanı Qərb iqtisadiyyatlarından təcrid edən sanksiyalarından olan Avropa İttifaqının 23 iyun 2023-cü il tarixində qəbul edilmiş 11-ci sanksiyalar paketinin elementlərindən biri və yayınma ilə mübarizənin xüsusi vasitəsi olan idxal-ixrac əməliyyatlarına nəzarət və məhdudiyyətlərdir. Sözügedən sanksiyalar paketinə əlavə edilmiş Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyənlərə dair siyahıda Ermənistanda qeydiyyatdan keçmiş hüquqi şəxs barədə məlumatlar da əks olunub (833/2014 nömrəli Aİ Qaydalarına 4-cü əlavə).
 
24 iyun 2024-cü il tarixində Avropa İttifaqı özünün 833/2014 nömrəli qaydalarına düzəliş hesab edilən və məzmununda ticarət sanksiyalarını da ehtiva edən 14-cü məhdudlaşdırıcı tədbirlər paketinin əks olunduğu 2024/1745 nömrəli Qaydalarını qəbul etdi. Sözügedən məhdudlaşdırıcı tədbirlər paketi, Aİ-nin ana şirkətlərindən üçüncü ölkədəki törəmə şirkətlərin sanksiyaları poza biləcək hər hansı fəaliyyətlə məşğul olmamasını təmin etmək üçün hər cür səy göstərmələri tələbini, Rusiyaya aid mayeləşdirilmiş təbii qazın Aİ ərazisindən üçüncü ölkələrə daşınması xidmətlərinə qadağaları, Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına töhfə verən gəmilər üçün üzv dövlətlərin limanlarına və şlüzlərinə, eləcə də dəniz nəqliyyatı ilə bağlı geniş spektrli xidmətlərə çıxışı icazə verməyən sektor qadağasının tətbiqini əhatə edir.
 
Avropa İttifaqının 2024/1745 saylı Qaydalarında da təsvir olunduğu kimi, 2024/1744 (“CFSP”) nömrəli qərar, xüsusilə Rusiyanın sənaye imkanlarının artırılmasına töhfə verə biləcək malların ixracına əlavə məhdudiyyətlər qoyur. 2024/1745 nömrəli Qayda, həmçinin Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarına və şirkətlərinə sanksiyaların tətbiqi və müsadirə nəticəsində Rusiya şirkətlərinin vurduğu ziyana görə kompensasiya tələb etməyə icazə verir.
 
Bundan əlavə, “CAASTA”, 2 avqust 2017-ci il tarixdə qüvvəyə minmiş ABŞ federal qanunu, Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı, Rusiya Federasiyasına, terrorizmə və qeyri-qanuni maliyyələşdirməyə qarşı mübarizə üçün sanksiyaları müəyyən edir (Başlıq II, Bölmələr 201-259). Sözügedən aktın 232-ci bölməsində Rusiya Federasiyasında boru kəmərlərinin inkişafı ilə bağlı sanksiyalar, 233-cü bölməsində Rusiya Federasiyası tərəfindən dövlət əmlakının özəlləşdirilməsinə investisiya qoyuluşu və ya investisiya qoyuluşunun təşviqi ilə bağlı sanksiyalar, 226-cı bölməsində isə Rusiya və digər xarici maliyyə institutlarına qarşı sanksiyalar müəyyən edilib.
 
Sülh, sabitlik və beynəlxalq hüququn aliliyi tərəfdarları kimi biz sanksiya tətbiq edən ABŞ və Avropa İttifaqını aşağıdakı addımları atmağa çağırırıq:
 
- Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın! Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik.
 
- Sanksiyaların icrası təmin edilsin! Biz Qərb hökumətlərini mövcud sanksiyaların daha sərt icra edilməsinə və sanksiyalardan yayınmağa kömək edən hər hansı bir dövlətə, o cümlədən Ermənistana məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə çağırırıq.
 
- Ermənistana diplomatik təzyiq gücləndirilsin! Biz Qərb ölkələrinin Ermənistanı Rusiyaya dəstəyi dayandırmağa çağıran birbaşa diplomatik səylərini artırmalarını, Ermənistana beynəlxalq hüquq qarşısında olan öhdəliklərini və sülh içində birgəyaşayış prinsiplərinə əməl etməli olduğunu xatırlatmağı tövsiyə edirik.
 
Ermənistanın Rusiyaya dəstəyinin davam etdirilməsi Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir. Biz inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın bu istiqamətdəki fəaliyyətini dayandırmaq və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyini gücləndirmək üçün vacibdir.
 
Ümid edirik ki, narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynadakı münaqişəni daha da dərinləşdirməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcəksiniz.
 
Biz sizə üz tutaraq təcili çağırış edirik: Rusiyanın sanksiyalardan yayınmasına Ermənistanın şərait yaratmasına imkan verməyi dayandırın!"
 
İmzalar:
 
Sabit Bağırov - Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri
 
Vladimir Timoşenko - istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü
 
Kəramət İsmayılov - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri
 
Nigar Ələsgərova- Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri
 
Zaur İbrahimli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
 
Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
 
Əyyub Kərimli - İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri
 
Ruslan Atakişiyev - İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri
 
Səkinə Babayeva - Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri
 
Günay Şahbazova - Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri
Oxşar xəbərlər
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
01 Oct 2024 | 15:26
27 aptekdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı
01 Oct 2024 | 15:21
Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb - FOTO
GÜNLÜK
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 08:09
Ayı polis mayorunu və atasını gəmirib öldürdü...-FOTO
01 Oct 2024 | 07:42
Oktyabrın 1-də şanslı olacaq BÜRCLƏR
01 Oct 2024 | 07:21
İranın rəsmi "İRNA" agentliyi İsrail əsgərlərinin Livan sərhədlərini keçməsini təkzib etdi... 
01 Oct 2024 | 07:55
Gecə güclənən sümük ağrısı hansı ciddi xəstəliyin əlaməti ola bilər?
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 07:20
Sabah Ay Yerin səthinə eni 266 km-lik kölgə salacaq
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 07:33
Hansı daha faydalıdır: Ağ yumurta, ya qəhvəyi yumurta?
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)