Ukrayna gələn il vergiləri artıra bilər
Dünya
1392
16 Sep 2024 | 19:55

Ukrayna gələn il vergiləri artıra bilər

Ukraynada 2025-ci ildə ölkənin büdcəsində gəlir və xərclərdə əhəmiyyətli dəyişikliklər baş verərsə, ƏDV daxil olmaqla növbəti vergi artımı mümkündür. 
 
Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak ölkənin Maliyyə Nazirliyinə istinadən öz "Telegram" kanalında məlumat verib.
 
"Maliyyə Nazirliyi məlumat verib ki, BVF-nin proqramında 2025-ci ilin büdcəsində gəlir və xərclərdə əhəmiyyətli dəyişikliklər olarsa, vergilərin (ƏDV daxil olmaqla) əlavə artırılması tələbi ilə bağlı müddəa var" deyən deputat nazirliyin banklardan vergi alınmasına da razılıq verdiyini qeyd edib.
 
Ukraynanın Maliyyə Nazirliyi oktyabrın 1-dən vergi artımının "geriyə" tətbiq edilməsini təklif edəcək, qanun təxminən oktyabrın ortalarında qəbul ediləcək, xalq deputatı əlavə edib.
 
Jeleznyak sentyabrın 14-də bildirib ki, ölkə büdcəsində gələn ilki seçkilər üçün pul nəzərdə tutulmayıb.
 
Sentyabrın 15-də bildirilib ki, Ukraynanın 2025-ci ildə ölkənin milli təhlükəsizliyi və müdafiəsi üçün xərcləri ümumi daxili məhsulun 26,3 faizini (53,2 milyard dollar) təşkil edəcək.
Link kopyalandı!
Son xəbərlər