Ekskluziv
1546
16 Sep 2024 | 16:03

"Rusiyalıların başçısı, sadəcə, oyunçudur" - Zelenski

 
"Rusiya diktatoru Qərbin və Qlobal Cənubun zəif yerlərini tapır və bəzi liderlərin əlinə oynayır, əslində isə o, uğurlu Ukraynadan çox qorxur..."
 
Rusiya diktatoru Vladimir Putin Ukraynada müharibədə sülhə nail olmaq üçün, guya, "danışıqlar" istəyindən danışarkən, sadəcə, bəzi liderlərin "əlinə oynayır".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CNN-də GPS proqramı üçün Fərid Zəkəriyyəyə verdiyi müsahibəsində bəyan edib.
 
Rusiyalıların başçısı Ukrayna barəsində əsas niyyətini dəyişməyib. "Bəzən o, sadəcə, Putindən hansısa emosiyalar gözləyən, sülh haqqında nəsə eşitmək istəyən bəzi liderlərin əlinə oynayır. Bəzən isə o, Qlobal Cənuba və daha harayasa hansısa ismarıclar verə bilər: "Görürsünüzmü, Putin dialoqa hazırdır". Hansı dialoqa?" - Ukrayna lideri deyib.
 
Zelenskinin fikrincə, diktator oyunçudur, "o, Qərbin və Qlobal Cənubun zəifliyini hiss edir".
 
"O, onların arasında yekdillik olmayan, onların maraqlarının müxtəlif olduğu yeri tapır. Mən düşünürəm ki, insanlar onun missiyasının müharibəni dayandırmaq olmadığını anlamalıdır. O, heç nəyi dayandırmaq istəmir. Ona görə ki, müharibə ona lazımdır, o, uğurlu Ukraynadan çox qorxur. Söhbət heç qələbədən də getmir", - prezident vurğulayıb.
 
Putin nə liderlərdən, nə ölkələrdən, heç nədən qorxmur. O, yalnız bir şeydən, öz cəmiyyətindən qorxur, Zelenski deyib.
 
Ukrayna lideri deyib ki, əgər Rusiya xalqı təhlükə hiss edərsə, əgər həyatlarında rahatlıq olmazsa, əgər bizim xalqımız kimi elektrik enerjisiz yaşayarsa, müharibənin bədəlini anlayacaq.
 
"Onlar bundan narazı olacaq və Putinə təsir göstərməyə başlayacaq", - prezident deyib.
 
O, vurğulayıb ki, məhz bu səbəbdən Ukraynanı gücləndirin, o zaman Rusiya prezidentinin masa arxasında əyləşib danışıqlara başlayacağını görəcəksiniz.
 
Ukraynada müharibə davam edir-danışıqlar haqqında vacib xəbərlər
 
İyunun 15-16-da Ukraynanın təşəbbüsü ilə İsveçrədə Rusiyanın iştirakı olmadan keçirilən ilk Sülh Sammiti ərəfəsində Vladlmir Putin Ukraynada, guya, sülhün bərqərar olması üçün ultimatum irəli sürüb. 
 
Diktator o cümlədən Kiyevin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən əl çəkməsini tələb edib. Ukrayna hakimiyyəti dəfələrlə vurğulayıb ki, öz ərazilərindən heç vaxt imtina etməyəcək.
 
Sentyabrın əvvəlində Vladimir Zelenski deyib ki, ikinci Sülh Sammitinə Rusiya nümayəndələri dəvət ediləcək və bu tədbirədək müharibənin başa çatmasının detallı planı hazırlanacaq. 
 
Sonradan Ukrayna lideri məlumat verib ki, ikinici Sülh Sammiti bu ilin nöyabr ayına planlaşdırılıb.
Link kopyalandı!
Son xəbərlər