Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Avropa ilə Asiyanı birləşdirən layihədə çox mühüm rol oynaya bilər.
Bunu sentyabrın 16-da səhər İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Onun sözlərinə görə, İrəvanın təqdim etdiyi “Sülhün kəsişməsi” layihəsi ölkələrin suverenliyi nəzərə alınmaqla həyata keçirilə bilər, o zaman Ermənistan Asiya və Avropanı birləşdirən layihədə çox mühüm rol oynaya bilər.
Fransa Xarici İşlər Nazirliyinin başçısı müdafiə sahəsində əlaqələri daha da dərinləşdirmək niyyətini təsdiqləyib, çünki “Ermənistan öz əhalisini qorumağı bacarmalıdır”.