Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya İran silahından ukraynalıların qətli və kritik mühüm infrastruktur obyektlərinə zərbələr endirilməsi üçün istifadə edir..."
"Böyük yeddilik" (G7-Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) ölkələri XİN rəhbərləri, habelə Avropa İttifaqının ali nümayəndəsi İranın ballistik raketlərin ixracını və Rusiya tərəfindən onların alışını "ən qəti şəkildə" pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə G7 ölkələri XİN rəhbərlərinin sentyabrın 14-də dərc edilən birgə bəyanatında deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
"Dəfələrlə beynəlxalq çağırışlara rəğmən, İranın Rusiyaya silah tədarükünün davam etdirilməsinin sübutları İranın Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə hərbi dəstəyinin eskalasiyasının daha da kəskinləşməsi deməkdir", - bəyanatda deyilir.
Qeyd edilir ki, Rusiya İranın zərbə PUA-ları kimi silahından Ukraynanın mülki şəxslərinin qətli və kritik mühüm infrastruktur obyektlərinə zərbələr endirilməsi üçün istifadə edir, özünün təcavüzü isə beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud surətdə pozulmasıdır.
"İran Rusiyanın Ukraynaya qarşı qanunsuz və haqq qazandırılmayan müharibəsinə hər-hansı dəstəyə və Ukrayna xalqına, daha geniş mənada Avropa və beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə törədən ballistik raketlər, PUA-lar və onlarla bağlı texnologiyaların tədarükünə dərhal son qoymalıdır", - bəyanatda deyilir.
G7 ölkələrinin XİN rəhbərləri əvvəkitək "Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsinə qlobal təhlükəsizliyi daha da sarsıdan qəbuledilməz dəstəyinə görə məsuliyyətə cəlb edilməsi" ilə bağlı öhdəliklərinə möhkəm əməl edəcəyinə əmin edib".
"Bizim bununla bağlı əvvəlki bəyanatlarımıza uyğun olaraq buna artıq yeni və xeyli tədbirlərimizlə cavab veririk", - bəyanatda vurğulanır.