Ekskluziv
1810
15 Sep 2024 | 16:07

"Rusiya 2026-cı ilədək müharibəni bitirmək istəyir" - Budanov

"Rusiya "bütün problemlərin" 2025-ci ilin yayında başlayacağını gözləyir..."
 
Rusiya Ukraynaya qarşı törətdiyi müharibəni 2025-ci ilin sonunda, 2026-cı ilin əvvəlində bitirmək istəyərdi. Həm də Moskva bu müharibənin özünün qələbəsi ilə başa çatmasına ümid edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Kiyevdə keçirilən Yalta Avropa Strategiyasının illik konfransında bəyan edib. Məlumatı "kurs.com.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, Kreml üçün 2025-ci ilin sonu, 2026-cı ilin əvvəli həlledicidir.
 
"Onlar bütün bunlara son qoymaq istəyir, çünki öz hesablamalarına görə, əgər onlar bu müharibədən şərti qalib kimi çıxmasalar, belə deyək, təxminən 30 ildən sonra Rusiyanı böyük dövlət görməyə can atdıqları niyyəti puça çıxacaq", - o, izah edib.
 
Rusiya "bütün problemlərin" 2025-ci ilin yayında başlayacağını gözləyir. Budanov qeyd edib ki, o zaman həm maliyyə-iqtisadi, həm də sosial-siyasi amil birləşəcək.
 
Hazırda Rusiya iqtisadi vəziyyətin pisləşməsi ilə mübarizə aparır, çünki anlayır ki, tənəzzül artıq hiss edilməkdədir. Lakin indiki vəziyyət hələ pik nöqtəsi deyil.
 
"Onlar proqnoz verir ki, təxminən 2025-ci ilin yay mövsümündə müharibənin iqtisadiyyata neqativ təsiri ölkədə çox hiss ediləcək. Ona görə də onlar bu vəziyyətdən maksimal olaraq sürətlə çıxmağa cəhd edir", - Budanov deyib.
 
Həm də Rusiyada ordu sıralarında şəxsi heyət çatışmazlığı məsələsi kəskindir. Artıq 2025-ci ildə Moskva dilemma ilə üzləşəcək-yeni səfərbərlik elan edilsin, yoxsa döyüş əməliyyatlarının intensivliyi azaldılsın, bu da düşmən üçün sonucda kritik ola bilər.
Link kopyalandı!
Son xəbərlər