Məlum olduğu kimi, sentyabrın 15-də Fransanın xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfəri gözlənilir. Hələlik səfərin detalları haqqında ətraflı məlumat verilməsə də, ümumilikdə səfərin məqsədi məlumdur. Məqsəd Fransa və Ermənistan arasındakı münasibətləri daha da inkişaf etdirmək, İrəvana siyasi-diplomatik dəstəyi artırmaq və ən əsası onu anti-Azərbaycan ruhuna daha da kökləməkdir.
Ehtimal ki, Stefan Sejurne səfər əsnasında Paşinyan rejiminə yeni vədlər verərək onu sülh prosesindən daha da uzaqlaşdırmağa çalışacaq, İrəvanı yeni avantüralara təhrik edəcək.
Bu baxımdan, əminliklə demək olar ki, Stefan Sejurnenin İrəvana səfəri Ermənistanı yeni təxribatlara həvəsləndirəcək. Ermənistan məlum səfərdən sonra ən azı siyasi-diplomatik cəbhədə yeni təxribatlara təşəbbüs edəcək ki, bu da Cənubi Qafqazda sülh prosesinə vurulan növbəti zərbə olacaq.
Seymur ƏLİYEV