Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna prezidenti Vladimir Zelenski iki ay əvvəl ABŞ prezidentliyinə namizəd Donald Trampla söhbətinin təfərrüatlarını açıqlayıb. Zelenskinin sözlərinə görə, Tramp o zaman dəstyə çox meyilli olub və müharibə zamanı sağ qalmağın nə qədər çətin olduğunu anlayıb.
Moderator.az "Ukrainskaya parvda" ya istinadla xəbər verir ki, Zelenski bu haqda amerikalı "CNN" jurnalisti Farid Zakariya ilə söhbətində danışıb.
Ukrayna lideri həmçinin bildirib ki, sülh planını ilk növbədə ABŞ prezidenti Co Baydenlə bölüşəcək.
Onun sözlərinə görə, bu sülh planını ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Kamala Harrislə də bölüşmək ədalətli və düzgün olardı. Həmçinin, çox şey ABŞ Konqresindən asılıdır, ona görə də prezident orada da sülh planını göstərəcək. Bundan sonra sülh planı ictimaiyyətə də açıqlanacaq.
Trampın son açıqlamalarını şərh edən Zelenski Trampın nə demək istədiyini bilmədiyi üçün bu açıqlamaları anlamadığını bildirib.
“Amma mənim mövqeyim ondan ibarətdir ki, seçkiqabağı dövr və seçkiqabağı bəyanatlar bəzən o qədər də real deyil. Bu açıqlamalar təbii ki, xalqımız üçün bizi narahat etdi. Amma Donald Trampla telefon danışığım oldu və o, çox dəstək oldu, yaxşı söhbətimiz oldu.
Söhbət təxminən iki ay əvvəl baş verən danışıqdan gedir.
Müharibə zamanı sağ qalmağın nə qədər çətin olduğunu anlayır. Ona görə də onun reaksiyasını eşitmək üçün bu planı paylaşmaq istəyirəm”, - deyə Ukrayna dövlət başçısı vurğulayıb.
S.Laçın