Şoyqu
Siyasət
1839
13 Sep 2024 | 20:32

Şoyqu "Şər oxu" ölkələrini dostcasına gəzib-dolaşaraq "strateji dialoq" aparır

Şimali Koreya və İran Rusiyanı Ukraynaya qarşı müharibədə raketlərlə təmin edir...
 
Rusiyanın sabiq müdafiə naziri, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi və beynəlxalq səviyyəli hərbi cinayətkar Sergey Şoyqunun rəhbərliyi ilə Rusiya nümayəndə heyəti Pxenyana gəlib və KXDR lideri Kim Çen Inla görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
 
"Ölkələrimiz arasında davam edən strateji dialoq çərçivəsində koreyalı həmkarlarımızla ikitərəfli və beynəlxalq gündəliyin geniş məsələləri ətrafında predmetli fikir mübadiləsi baş tutub", - bu barədə Rusiya Təhlükəsizlik Şurası mətbuat xidmətinin məlumatında deyilir.
 
Qeyd edilir ki, görüşlər "müstəsna etimad və dostluq şəraitində, iki ölkə liderlərinin Rusiya prezidenti Vladimir Putinin dövlət səfəri zamanı əldə etdiyi razılaşmalar məcrasında" keçib.
 
Xatırladaq ki, iyunun 19-da Vladimir Putin və Kim Çen In Pxenyanda Rusiya və KXDR arasında hərtətəfli strateji tərəfdaşlıq haqqında Müqavilə imzalayıb. 
 
Bundan öncə ötən ilin iyul ayında Şoyqu Pxenyana gəlib. Qərb analitilklərinin fikrincə, əldə edilmiş razılaşmaların nəticəsi olaraq Şimali Koreya Rusiyanı Ukraynada müharibə üçün raketlərlə təmin edir.
 
Bu yaxınlarda Şoyqu Tehrana səfər edib, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Əkbər Əhmədian və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri ilə görüşüb. Bundan sonra İranın Rusiyaya qısamənzilli ballistik raketlər verdiyi barədə məlumatlar üzə çıxıb.
Link kopyalandı!
Son xəbərlər