Gülmək göz sağlamlığına müsbət təsir edir?
1796
13 Sep 2024 | 19:40

Gülmək göz sağlamlığına müsbət təsir edir?

Gülmək göz quruluğuna müsbət təsir edə və göz damcıları qədər təsirli ola bilər.
 
Moderator.az unikal-a istinadən xəbər verir ki, bu barədə araşdırma "BMJ" jurnalında dərc olunub.
 
Gülüşün depressiya, narahatlıq, stress və xroniki ağrıların simptomlarını yüngülləşdirdiyi sübut edilmişdir.
 
Aparılan yeni araşdırmada Çin və Böyük Britaniya alimləri dünyada təxminən 360 milyon insanı əhatə edən quru göz sindromu olan xəstələrdə gülüş terapiyasının effektivliyini və təhlükəsizliyini araşdırıblar. Sınaqda 18-45 yaş arasında olan 283 xəstə (74% qadınlar) iştirak edib. Onlar üzərində gülüşün gözlərə necə təsir etdiyi müşahidə edilib.
 
Səkkiz həftədən sonra göz quruluğundan əziyyət çəkən insanların gülüş terapiyası vasitəsilə göz quruluğunun 10,5%, damcı qrupunda isə 8,83 % azaldığı müşahidə edilib.
 
Nəticələr gülüşün göz damcıları qədər təsirli olduğunu sübut edib. 
Link kopyalandı!
Son xəbərlər