Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
Ekskluziv
1997
11 Sep 2024 | 13:33

Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert

 
“Onun qarşısında duran əsas problem Türkiyəyə maliyyə axınının təmin edilməsidir. Xüsusilə xarici ölkələrdən uzunmüddətli kreditlər alınması  və Avropa fondlarında Türkiyənin rolunun artırılması, onlardan maliyyə dəstəyinin alınmasıyla bağlı tədbirlər həyata keçirilir...”
 
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşeyin Qərbə bağlı bir siyasi fiqur olduğu bildirilir. Və onun bu nazir postuna Türkiyəni iqtisadi böhrandan çıxarması məqsədi ilə gətirildiyi vurğulanır. Avqust ayındakı bəyanatında Mehmet Şimşək də öz çıxışında Yaxın Şərqdəki hərbi-siyasi böhranın regionda xüsusilə neft və turizm sektoruna güclə zərbə vura biləcəyini bildirdi. Nazir eyni zamanda Türkiyədə büdcə kəsiri və inflyasiya barəsində həyəcanlı rəqəmlər səsləndirdi. Bəs görəsən, o, bu istiqamətdə ciddi uğur qazana biləcəkmi?..
 
Mövzu ilə bağlı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Moderator.az-a açıqlamasında bunları söyləyib.
 
“Mehmet Şimşeyin qarşısında duran əsas problem Türkiyəyə maliyyə axınının təmin edilməsidir. Xüsusilə xarici ölkələrdən uzunmüddətli kreditlər alınması  və Avropa fondlarında Türkiyənin rolunun artırılması, onlardan maliyyə dəstəyinin alınmasıyla bağlı tədbirlər həyata keçirilir. Əlbəttə, həmin maliyyə dəstəkləri alınarsa və uzunmüddətli kreditlər təmin olunarsa, onların iqtisadiyyata yatırılması gələcək perspektivdə faydalı ola bilər. Amma həmin maliyyə və kredit vəsaitlərinin xərclənməsinin tənzimlənməsi məsələsinə də xüsusi diqqət yerimək lazımdır. Yəni əsas xərc çəkiləcək sahələri müəyyən etmək gərəkdir. Həm də ilk növbədə onu nəzərə almaq lazımdır ki, hazırda Türkiyədə milli valyutanın, yəni lirənin dəyər itirməsi problemi var. Ona görə də öncə maliyyə dəstəyinə ehtiyac var. Və ilkin mərhələdə həmin maliyyə vəsaitinin Avropadan təmin olunması istiqamətində işlər aparılır. Yəni ölkənin nə qədər uzun müddət üçün təmin olunmuş maliyyə ehtiyatı olarsa, milli pulun dəyərinin yüksəlməsi təmin edilərsə, ondan sonra tədricən iqtisadiyyatın digər sahələrində inkişafa nail olmaq mümkündür. 
 
Xəzinə və maliyyə nazirinin öz vəzifəsinin öhdəsindən gələ biləcəyi Avropa təşkilatlarının, xüsusən beynəlxalq maliyyə təşkilatlarının Türkiyəyə ayıracağı maliyyə vəsaitlərinin, uzunmüddətli kreditlərin nə vaxt təmin ediləcəyindən, həcmindən asılıdır. Əgər həmin  vəsaitlər yüngül şərtlərlə və uzun ümddət üçün təmin olunarsa yatırılması üçün, əlbəttə ki, gələcəkdə, ölkə iqtisadiyyatının inkişafına gətirib çıxara bilər...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər