Ekskluziv
1531
11 Sep 2024 | 13:00

"Harris və Tramp arasında debatlar: tamaşaçılar kimi qalib hesab edir?" - CNN-nin sorğusu

 
"Kamala Harrisin bu yarışmada prezident olmağa hazır olan yeganə namizəd olduğuna heç bir şübhə yoxdur..."
 
Kamala Harris və Donald Tramp arasında keçirilən qızğın debatlardan sonra siyasi xadimlər və ictimaiyyət öz fikirlərini ifadə etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
CNN telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, debatları izləyən seçicilərin böyük əksəriyyəti hesab edir ki, Harris qalib gəlib. Respondentlərin 63 faizi demokratların, 37 faizi isə respublikaçıların namizədinin xeyrinə səs verib.
 
Bu arada isə respublikaçıların namizədi Donald Tramp bəyan edib: "Mən hesab edirəm ki, bu, mənim ən yaxşı debatlarım olub, üstəlik, onlar birin üçə qarşı sistemi ilə keçib". O, debatlarda təkcə Harrisə qarşı deyil, həm də iki aparıcıya qarşı dayandığını nəzərdə tutub.
 
ABŞ-ın sabiq birinci xanımı Mişel Obama debatları belə şərh edib: "Kamala Harrisin bu yarışmada prezident olmağa hazır olan yeganə namizədin olduğuna heç bir şübhə olmamalıdır, hər-hansı mübahisələrə yer yoxdur. 
 
Mən hamını qollarını çırmalayıb nəsə etməyə-tanıdığınız adamların hamısına zəng vurmağa, qapılarını döyməyə, onlarla danışmağa və onları Kamala Harrisə və onun namizədi Tim Uolza səs verməyə çağırış etməyə çağırıram. Heç kim əllərini yanına salıb otura bilməz, çünki bu, taleyüklü məsələdir".
 
Bundan öncə xəbər verilib ki, amerikalı müğənni Teylor Svift də həmçinin ABŞ prezidentliyi uğrunda yarışmada Harrisə dəstək verəcəyini bəyan edib.
 
"Mən 2024-cü il seçkilərində Kamala Harrisə səs verirəm", - o, özünün "İnstagram" səhifəsində yazıb və əlavə edib: "O, çox güclü müdafiəyə ehtiyacı olan hüquqlar və işlər uğrunda mübarizə aparır".
Link kopyalandı!
Son xəbərlər