Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL
Ekskluziv
2388
10 Sep 2024 | 08:45

Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var: “Sahibkarlar 2 il həbs ediləcək”-ŞİKAYƏT+ARAŞDIRMA+ÖZƏL

Moderator.az-a daxil olan şikayətlərdən bir neçəsi paytaxtın mərkəzində olan mağazalarda paltardəyişmə otaqlarında gizli kameraların olması ilə bağlıdır.
 
Mövzunu araşdırmaq üçün şikayətçinin nişan verdiyi bir neçə mağaza ilə əlaqə saxladıq. Əksər mağaza sahibləri soyunub-geyinmə otağında kameranın olmadığını desə də, bir neçə mağaza sahibi “Kamera var, amma işləmir” deyə münasibət bildirdi.
Buradan bir sual ortaya çıxır. Əgər o kamera işləmirsə, obyekti lentə almırsa niyə o zaman həmin otağa quraşdırılıb? Bu artıq şübhəli məqamdır.
 
Hüquqşünas Emil Aslanov Moderator.az -a açıqlamasında bildirib ki, mağazalarda paltardəyişmə otağında gizli kameraların quraşdırılması qanunvericiliyə ziddir.
“Çünki kamera açıq-aşkar yerdə olmalıdır. Əlavə də kameranın həmin mağazada olmasına dair məlumatverici yazılar olmalıdır ki, bu mağazada kamera çəkir. Əgər soyunub-geyinmə otağında gizli kameralar quraşdırılıbsa, o vizual şəkildə aşkar edilmirsə, hər-hansı bir lövhə yoxdur ki, burada kamera var, o halda burada şəxsin toxunulmazlıq hüququ, cinayət məcəlləsinin 156-cı maddəsinin tələbləri pozulur. Bununla bağlı zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına xəbər verməklə özünü müdafiə edə bilər. Burada artıq ailənin gizli çəkilməsi cinayət tərkibi yaradır. Adi fiziki şəxslər üçün orada cərimə cəzası və ictimai işlər var. Ən son həddi 1 il müddətinə qədər azadlıqdan məhrumetmədir. Əgər qulluq mövqeyindən istifadə edilib bu hadisə törədilirsə bu halda 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bir çox mağaza sahibləri deyir ki, kamera çəkmir, elə-belə quraşdırılıb. Əgər çəkmirsə ora niyə qoyulub?! Soyunub-geyinmə otağında oğurluq ola bilməz ki..Oğurluq mağazanın özündə ola bilər. Onu da açıq-aşkar kamera ilə çəkirlər. Burada əsas məqsəd görüntülərin hansısa məqsədlər üçün əldə edilməsidir” deyə hüquqşünas bildirib.
Link kopyalandı!
Son xəbərlər