Xoşbəxt həyat üçün əsas amillər
1435
07 Sep 2024 | 19:50

Xoşbəxt həyat üçün əsas amillər

Kvebek Universiteti və Monkton Universitetindən olan kanadalı alimlər xoşbəxt həyatı təmin edən əsas psixoloji aspektləri müəyyən ediblər.

Moderator.az report-a istinadən xəbər verir ki, tədqiqat Motivation and Emotion (MAE) elmi jurnalında dərc olunub.

Tədqiqatçılar bir neçə il ərzində gəncləri əhatə edən beş təcrübə aparıblar, özünü motivasiya kimi amillərə diqqət yetiriblər. Bu testlərdə iştirakçıların ehtiras, özünütənzimləmə, duyğu və ümumi rifah səviyyələrini qiymətləndirmək üçün anketlər, gündəlik sorğular və uzunmüddətli metodlardan istifadə edilib.Nəticələr göstərib ki, ahəngdar ehtiras və özünü motivasiya ilə bağlı gündəlik təcrübələr daha müsbət emosiyalar və rifah hisslərinin artması ilə əlaqələndirilir.

Üstəlik, elm adamları xoşbəxt mənlik hissini inkişaf etdirmək üçün altı ay çəkdiyini müəyyən ediblər. Bu müddət ərzində insan onun üçün maraqlı olan şeylərlə gündəlik işlər arasında tarazlığı saxlamalıdır.Mütəxəssislərin fikrincə, insan üçün ən azı bir hobbinin olması vacibdir. Zamanla hobbi həyatda ümumi rifah hissi əldə etməyə kömək edir.

Link kopyalandı!
Son xəbərlər