Əri Rusiyada olan qadını qayınları iş yoldaşı ilə tutdular: "Təzəcə..." – ŞOK TƏFƏRRÜAT
Kriminal
Oxunub: 1771
04 Sep 2024 | 14:31
Əri Rusiyada olan qadını qayınları iş yoldaşı ilə tutdular:
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Şahbaz qısqanclıq zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü əmisi oğlu Muxtarı (adlar şərti verilib – red.) öldürüb.
 
Şahbaz arvadı Vəsilə ilə iş yoldaşı Sabir arasında sevgi münasibəti saxlması, habelə onların intim görüntülərinin Muxtarda olması və Muxtarın Vəsilə barədə rüsvayedici məlumatlar yaymasını bildikdən sonra 2023-cü ilin fevral ayından etibarən onunla dəfələrlə bu məzmunda söhbətlər edib.
 
Şahbaz arvadının xəyanətini təsdiq edən görüntüləri təqdim etməsini, əks halda bu söz-söhbəti yekunlaşdırmasını xahiş etməsinə baxmayaraq, əmisi oğlu hər dəfə müxtəlif bəhanələr gətirib, görüntüləri təqdim etməkdən yayınıb. 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində arvadını gizli formada izləyərək ona xəyanət etmədiyinə əmin olduqdan sonra əmisi oğlunun böhtan atdığını anlayıb.
 
Şahbaz Muxtarın bu hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edib və hiddətlənərək qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. 5 oktyabr 2023-cü ildə işlədiyi Mahaçqala şəhərindən Bakıya qayıdıb. Oktyabrın 12-də Muxtarın işlədiyi Bakıxanov qəsəbəsindəki marketə gedib. Muxtarı orada tapmayanda növbəti gün, yəni oktyabrın 13-də saat 12 radələrində yenidən həmin mağazaya gəlib.
 
Muxtarla söhbət etmək və birlikdə çay içmək bəhanəsi ilə onu mağazadan uzaqlaşdırıb. Mağazanın yaxınlığında yerləşən, insanların görə bilməyəcəyi dalana gətirib və bir daha arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbəti yekunlaşdırması ilə bağlı iradlarını bildirib.
 
Özündə olan bıçağı çıxararaq Muxtarın bədinin müxtəlif nahiyələrinə ümumilikdə 16 zərbə vurub. Muxtar aldığı xəsarətlərdən vəfat edib.
 
“Münasibətlərimiz həmişə yaxşı olub”
 
İstintaq orqanı tərəfindən Şahbazın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahbaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, arvadı Vəsilə ilə 2008-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 3 qız övladları doğulub: “Müxtəlif tikinti yerlərində sifariş üzrə usta işləmişəm. Təxminən 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərinə gedərək orada tikinti yerlərində usta işləmişəm. Lakin daimi olaraq orada yaşamamışam. İl ərzində bir neçə ay işlədikdən sonra Bakı şəhərinə qayıtmışam.
 
Arvadım Vəsilə Bakıxanov qəsəbəsində “Şərq şirniyyatı” adlı mağazada satıcı işləyib. Vəsilə ilə münasibəltərimiz həmişə yaxşı olub”.
 
“Videosunu çəkdiyini dedi”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevral ayında Rusiyadan Bakı şəhərinə qayıdıb: “Dəqiq xatırlamadığım tarixdə atam Səid zəng edərək məni qardaşlarımın kirayə qaldığı evə çağırdı. Söhbət zamanı atam Vəsilənin mənə xəyanət etdiyini, ona görə ondan boşanmalı olduğumu bildirdi. Atamdan nəyə görə belə dediyini soruşdum. Bu barədə əmim oğlu Muxtarın məlumat verdiyini bildirdi.
 
Atam hətta Vəsilənin guya kimləsə görüşən zaman Muxtarın telefonla şəkilini və videosunu çəkdiyini də dedi. Atama bu məsələ ilə məşğul olacağımı bildirdim. Söhbətin səhəri günü Muxtarın işlədiyi marketə getdim, ondan arvadımın kimləsə görüşüb-görüşmədiyini soruşdum, onda şəkil və videolar olub-olmadığını bildirməsini istədim.
 
Muxtar Vəsilənin həqiqətən başqa oğlanla görüşəndə, hətta öpüşən zaman gördüyünü, şəkilini çəkdiyini, videosunu qeydə aldığını dedi. Amma şəkil və videoları göstərə bilmədi. Çünki guya telefonu oğurlanıbmış. Sonradan bildim ki, Muxtar mənim qardaşımın adına təzə telefon alıb. Buna görə Muxtarın bəhanə elədiyini başa düşdüm”.
 
“Arvadımı izlədim, amma sübut tapmadım”
 
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün axşam saatlarında arvadı Vəsiləni və əmisi oğlu Muxtarı qardaşıgilin yaşadığı evə çağırıb və orada üzləşdirib:
 
“Üzləşmə zamanı Muxtar arvadımın başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Mən Muxtarın danışıqlarında yalan olduğunu hiss etdim. Arvadımdan Muxtarın nəyə görə belə dediyini soruşdum. Bildirdi ki, iş yoldaşı ilə bir dəfə “Səhram” marketin yanında görüşüb, həmin oğlan olan borcunu qaytarıb. Muxtar bizi görüb və elə başa düşüb ki, başqa münasibətlərimiz var.
 
Bu söhbətdən sonra 2023-cü ilin fevral ayından aprel ayınadək arvadım Vəsilənin izlədim. Lakin Vəsilənin hər hansı şəxslə görüşməsini, hərəkətlərində şübhəli məqam aşkar etmədim. Həmçinin Muxtardan dəfələrlə arvadımın kimləsə görüşməsini özündə əks etdirən şəkil və videoları mənə göstərməsini tələb etsəm də, əmim oğlu müxtəlif bəhanələr gətirdi. Mənə heç bir şəkil və ya video göstərə bilmədi. Amma şəkil və videoları taparaq göstərəcəyini bildirdi”.
 
“Məndə inam yaratdı”
 
Şahbazın sözlərinə görə, 2023-cü ilin aprel ayında Mahaçqala şəhərinə işləməyə gedib: “Mahaçqalada votsapdan Muxtara zəng etdim, arvadımın barəsində olan şəkil və videoları niyə göndərmədiyini soruşdum. Telefon danışığı zamanı o, “gəl Bakıya, söhbət edərik” kimi ifadələr işlətdi.
 
Muxtara sual verdim ki, əgər mənə arvadımın kimləsə danışmasını sübut edə bilmiyəcəkdisə nəyə görə ailəm barədə belə sözlər yayıb, biabır edir? Bu sözdən sonra Muxtar zəngi bağladı. Həmin telefon danışığından sonra əmim oğlunun yalan danışdığına məndə inam yaratdı.
 
Muxtarın arvadım barədə yalan şaiyələr yaydığı və özümü qohum-əqraba arasında biabır olmuş kimi hiss etdiyim üçün Mahaçqala şəhərindən Bakıya qayıtdıqdan sonra ona cəza vermək məqsədilə bıçaqla xəsarət yetirmək qərarına gəldim”.
 
Şahbaz qeyd edib ki, işləri bitdiyi üçün və ailəsini görmək məqsədi ilə oktyabrın 5-də Bakıya qayıdıb: “Mən hələ Mahaçqala şəhərində olarkən Muxtara bıçaqla xəsarət yetirmək qərarına gəldiyim üçün oktyabrın 12-də saat təxminən 13 radələrində “Bakıxanov” ticarət mərkəzinə getdim.
 
Oradan 1 manat 60 qəpiyə mətbəx bıçağı aldım, Muxtarın işlədiyi marketə getdim ki, onu çağırıb söhbət edim, ayağından bir bıçaq zərbəsi vuraraq ona xəsarət yetirim. Lakin Muxtarı marketdə tapa bilməyib evimə qayıtdım”.
 
“Bu sözlərdən əsəbiləşib bıçağı çıxardım”
 
Şahbaz qeyd edib ki, oktyabrın 13-də aldığı bıçağı cibinə qoyub, yenidən Muxtarın işlədiyi marketə gəlib: “Onu marketdən bayıra çağırdım. Söhbət edə-edə avtoyuma məntəqəsinin qarşısına çatdıq, dalana daxil olduq. Əmim oğlundan yenə də arvadım Vəsilənin barəsində şəkil və videoları nəyə görə mənə vermədiyini soruşdum.
 
Muxtar isə guya həmin şəkil və videolar olan telefonun oğurlandığını deyib eyni sözləri təkrarladı. Onun bəhanə gətirdiyini başa düşdüm, yaxınlıqda yerləşən hamamın qarşısında bıçaqla ona xəsarət yetirmək istədim. Muxtarı öldürmək niyyətim yox idi. Lakin avtoyuma məntəqəsinin arxasındakı dalana keçib üzü hamama tərəf gedərkən Muxtar mənə “sən mənimlə qəhbə söhbəti eliyirsən?” sözlərini söylədi.
 
Bu sözlərdən əsəbləşdim və əynimdə olan gödəkcəmin sol yan cibində saxladığım mətbəx bıçağını çıxardım, Muxtarın bədəninin müxtəlif nahiyələrindən ardıcıl çoxsaylı zərbələr vurdum.
 
Mən Muxtara xəsarət yetirərkən qışqırdı və qaçmağa çalışdı. Mən isə onun qaçmasına imkan vermədim və bıçaqla ardıcıl xəsarətlər yetirməyə davam etdim. Muxtar üst-başı qana bulanaraq yerə yıxıldı.
 
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək adam bıçaqladığımı söylədim və hadisə yerini göstərdim. Sonra yola tərəf çıxdım, bir neçə dəqiqə sonra polis avtomobilinin gəldiyini gördüm və onları hadisə yerinə apardım. Muxtarı təcili tibbi yardım avtomobilinə qoydular, məni isə polis bölməsinə apardılar”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, söhbət əsnasında Muxtarın onun arvadı Vəsilə barədə xoşagəlməz ifadə işlətməsindən hiddətlənərək ona çoxsaylı xəsarətlər yetirib: “Qabaqcadan Muxtara yalnız bir bıçaq zərbəsi vurmaqla cəzalandırmağı düşünmüşəm. Muxtar ilə aramızda əvvəllər hər hansı dava-dalaş olmayıb. Lakin Vəsilə barəsində yaydığı rüsvayedici məlumatlara görə sözlü mübahisələrimiz olub.
 
Hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişəm. Lakin Muxtarın Vəsilə barəsində yaydığı rüsvayedici və həqiqətə uyğun olmayan məlumatlardan xəbərdar olduqdan sonra əsəblərimdə bir sıra pozuntular yaranıb”.
 
“Mən onunla görüşmürdüm, borc verdiyim pulu alırdım”
 
İş üzrə şahid qismində ifadə verən Vəsilənin sözlərinə görə, iş yoldaşı Sabir onunla birlikdə mağazada işləyib: “Sabir məndən 42 manat borc pul aldı. Tarix yadımda deyil, təxminən 3-4 gün sonra işdən çıxan zaman məndən borc aldığı pulu qaytaranda yoldaşımın əmisi oğlu Muxtar bizi gördü.
 
O bizi yanlış anladı, guya mənim Sabirlə görüşdüyümü düşündü. Sonra gedib qaynımgili çağırdı ki, gəlininiz başqa adamla görüşür.
 
Mən iş yoldaşımdan pulu alanda yoldaşımın əmisi oğlu bizə yaxınlaşdı, mənə böhtan atmağa başladı. Guya orada şəklimi çəkdiyini, məni videoya aldığını dedi. Muxtarı başa salmaq istədim ki, fikirləri yanlışdır, ona yalan dediyini bildirdim. Muxtar isə durmadan Sabiri döydü, təhqir etdi.
 
Sabir borcu ona görə işdə qaytarmamışdı ki, pulu çöldə bankomatdan çıxarmalı idi. Həmin vaxtlar ərim Şahbaz Azərbaycanda deyildi. Ondan sonra da dəfələrlə işdən çıxanda Muxtar məni izləyib, güdüb.
 
Bu söz-söhbətlə bağlı Şahbazla birlikdə mərhumla görüşmüşük. Muxtar mənim Sabirlə gəzməyimi sübut edəcəyini, əlində sübutların olduğunu bildirirdi”.
 
“Parkda təzəcə oturmuşduq ki...”
 
İş üzrə şahid qismində ifadə verən Sabirin sözlərinə görə, təxminən 2022-ci ilin may ayından 2022-ci ilin noyabr ayının sonlarına kimi Bakıxanov qəsəbəsindəki şirniyyat evində sürücü işləyib: “Vəsiləni şirniyyat evində satıcı olaraq iş yoldaşı kimi tanımışam. Onunla hər hansı kənar münasibət, o cümlədən sevgi münasibətim olmayıb.
 
Təxminən 2022-ci ilin oktyabrında pulum olmadığına görə Vəsilədən 40 manat borc aldım. Noyabrın əvvəllərində kafedə olarkən Vəsilə zəng edib əmək haqqımızın köçdüyünü xəbər verdi. Aldığım borcu geri qaytarmaq üçün zəng etdiyini anladım. Ona əmək haqqı kartından pulu çıxarıb borcmu qaytaracağını dedim. Vəsilə işdən çıxaraq yavaş-yavaş “Möcüzə” market tərəfə getdiyini, pulu gətirib həmin ərazidə təqdim etməyimi istədi.
 
Mən dediyi əraziyə yaxınlaşaraq Vəsiləyə zəng etdim. Vəsilə qayınlarının mağazada işlədiklərini, bizi birlikdə görmələrinin ayıb olduğuna görə irəlidə park kimi yerin yaxınlığında, skameykanın yanında məni gözlədiyini bildirdi.
 
Mən kartından pul çıxarıb Vəsilə əyləşdiyi skameykaya yaxınlaşdım. Onun yanında oturdum, cibimdən pulu çıxararaq ona verəndə adının Muxtar olduğunu sonradan bildiyim şəxs bizə yaxınlaşdı, nə etdiyimizi soruşdu.
 
Vəsilə Muxtarın əri Şahbazın əmisi oğlu olduğunu dedi. Ona Vəsilədən bir neçə gün əvvəl aldığım pulu qaytarmaq üçün buraya gəldiyimi, aramızda hər hansı münasibət olmadığını bildirdim”.
 
Sabirin sözlərinə görə, daha sonra Şahbazın qardaşları olduğunu bildiyi Musa və Vəli adlı şəxslər də yanlarına gəlib: “Mən Muxtara dediklərimi onlara da izah etdim. Muxtar qəfil üz nahiyəmə zərbələr vurdu. Yerə yıxılaraq huşumu itirdim. Bir neçə saniyə sonra özümə gələndə yerdə uzanıqlı, paltarlarımın isə toza bulaşmış vəziyyətdə gördüm. Güclə ayağa qalxaraq onların yalnış anladıqlarını, aramızda hər hansı münasibət olmadığını izah etməyə çalışdım.
 
Vəsilə də mənimlə eyni sözləri təkrarladı, aramızda heç bir sevgi münasibəti olmadığını söylədi. Bu zaman Musa və Vəli sakit dayandı. Muxtar isə fikrində israr etdi, hətta birgə görüntülərimizin olduğunu da dedi. Ondan nə qədər həmin görüntüləri istəsək də, heç bir görüntü təqdim etmədi”.
 
“Bizi dəfələrlə birlikdə gördüyünü dedi”
 
Sabirin sözlərinə görə, Muxtar birlikdə şirniyyat evinə gedəcəklərini, həqiqətən Vəsilə ilə orada işlədiyi məlum olarsa, üzr istəyəcəyini deyib: “Biz birlikdə şirniyyat evinə getdik. İş yoldaşlarımla söhbət zamanı məlum oldu ki, mən həqiqətən şirniyat evində işləyirəm.
 
Buna baxmayaraq Muxtar öz inadından dönmədi, mənim Vəsilə ilə sevgi münasibətimin olduğunu, hətta bizi dəfələrlə birlikdə gördüyünü dedi. Muxtar məni iş yoldaşlarımın da yanında döyməyə başladı. Mən yenə huşumu itirdim. Ayılanda özümü şirniyyat mağazasının içərisində gördüm.
 
Axşamı özümü pis hiss etdiyim üçün təcili tibbi yardımla xəstəxanaya getdim. Oradan polisə məlumat verildi”.
 
“Məndən üzr istədi”
 
Sabiq qeyd edib ki, növbəti gün Şahbazın qardaşları Musa və Vəli, o cümlədən Muxrarı da bölməyə gətiriblər: “Bölmədə Vəsilə ilə aramızda heç bir münasibət olmadığını dedim. Sonradan bölməyə Şahbazın atası Səid də gəldi. Ona da hadisə barədə məlumat verdim, Vəsilə ilə aramızda hər hansı bir sevgi münasibəti olmadığını izah etdim. Səid xahiş edərək şikayət etməməyi, yalnış anlaşılma olduğunu bildirdi.
 
Bundan sonra mən də şikayətimi geri götürdüm, araşdırmanın dayandırılmasını xahiş etdim. Muxtar məndən üzr istədi. Həmin gündən sonra bir daha Muxtarla görüşmədim, danışmadım”.
 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahbaz 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Onun cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
 
 
Oxşar xəbərlər
22:50, Bu gün
Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı
22:45, Bu gün
Bayden seçkilərdə erkən səs verdi
22:40, Bu gün
Bakıda uçqun baş verdi
22:30, Bu gün
Nikoldan şok: Batyanın düşməninə siyasi sığınacaq verdi
22:23, Bu gün
“Avropa Birliyinin qərarı Azərbaycana təzyiq üçün verilib”
22:15, Bu gün
İranda telefon QADAĞASI
22:10, Bu gün
20 yaşlı bacısını qayışla boğaraq öldürdü
21:56, Bu gün
İrem Helvacıoğlunun toyudur
21:48, Bu gün
Tiflisdə aksiya başa çatdı
21:40, Bu gün
Avstriyada mer güllələnərək öldürüldü
21:32, Bu gün
"Google" süni zəka ilə kompüterləri idarə etmə texnologiyası hazırlayır
21:27, Bu gün
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO+VİDEO
21:20, Bu gün
Kosmosa uçuş  biletlərinin qiyməti AÇIQLANDI
21:16, Bu gün
“Müxalifətin vahid lideri ortalığa çıxarsa, Gürcüstanda qarşıdurma pik həddə çata bilər...”
21:13, Bu gün
Ankaradakı terrordan sonra Türkiyə 213 silahlını məhv edib
21:05, Bu gün
Noyabrda 18 gün dərs olmayacaq - TARİXLƏR
20:55, Bu gün
“Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb”-Misir Mərdanov
20:50, Bu gün
Leyla Əliyeva Sumqayıtda tədbirdə - FOTOLAR
20:45, Bu gün
3 dəqiqəyə stressdən qurtulun - İdmansız, ağrısız...
20:40, Bu gün
Yayda sərin, qışda isti - Ağıllı çarpayı təqdim olundu
20:35, Bu gün
Ronaldo “Qızıl top”u boykot etdi - SƏBƏB
20:30, Bu gün
Zurabişvili aksiya başlatdı: Bu, xalqa qarşı müharibədir!
20:22, Bu gün
ABB COP29-un əsas tərəfdaş bankı seçildi
20:16, Bu gün
Ərdoğan: "Cənubi Qafqazda sülh üçün unikal fürsət yaranıb"
20:08, Bu gün
"NATO Ukraynaya hərbi dəstəyini gücləndirəcək" - Mark Rütte
20:00, Bu gün
Yağışlar Azərbaycanda qida qıtlığına səbəb olacaq? - RƏSMİ AÇIQLAMA
19:50, Bu gün
Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO
19:40, Bu gün
"Real Madrid" "Qızıl top" mərasimini boykot edə bilər
19:32, Bu gün
Ermənistan Rusiya sərhədçiləri barədə: İran və Türkiyə ilə sərhəddən çıxarılmaları...
19:27, Bu gün
Tağı Əhmədovun ölümündən əvvəl SON GÖRÜNTÜSÜ: Bu sözləri deyib, ağlayıb - VİDEO
19:22, Bu gün
“Hörmət edən hörmət görəcək, etməyini isə buna məcbur edəcəyik”
19:20, Bu gün
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
19:15, Bu gün
DİM bu imtahanın nəticələrini açıqladı
19:08, Bu gün
İsrailin İrana zərbələri neftin qiymətinə GÖRÜN NECƏ TƏSİR ETDİ
19:00, Bu gün
Arvadının borcuna görə müharibəyə getdi: Canı qurtardı
18:50, Bu gün
“Dubay şokoladı”nın təhlükəli olduğu açıqlandı
18:40, Bu gün
Həftələrdir xəbərdarlıq edirik, maneə aradan qaldırılmalıdır
18:32, Bu gün
Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürük
18:30, Bu gün
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi - ölkədən qaçdı
18:28, Bu gün
Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ
18:25, Bu gün
Bakının bu ərazisində işıq olmayacaq
18:22, Bu gün
FHN COP29-la bağlı monitorinqlər həyata keçirir
18:20, Bu gün
Braziliya prezidenti Bakıya da gələ bilməyəcək
18:17, Bu gün
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib - FOTOLAR
18:12, Bu gün
Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir
18:07, Bu gün
Deputatlar Özbəkistanda mətbuat konfrasında iştirak ediblər - FOTOLAR
18:05, Bu gün
Paşinyanın baş tutmayan arzusu: - Gürcüstandakı seçki kimlərin xəyallarını puç etdi?
18:02, Bu gün
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTOLAR
18:00, Bu gün
Bu sıyıq yağları yandırır, tərkibində unikal bir maddə var
17:58, Bu gün
Lənkəranda BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
17:54, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:50, Bu gün
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub - FOTO
17:48, Bu gün
“Onlar revanşa hazırlaşır” - XƏBƏRDARLIQ!
17:44, Bu gün
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi
17:41, Bu gün
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı
17:38, Bu gün
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş...
17:34, Bu gün
Rafael İsgəndərov qadınlardan üzr istədi - VİDEO
17:30, Bu gün
Sabunçu tunelini tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"
17:25, Bu gün
Bakıda binanın balkonu uçdu
17:20, Bu gün
"Bu, rusiyalıların  deyil, Putinin müharibəsidir" - Yuliya Navalnaya
17:15, Bu gün
Qonşu dövlət yeni müharibəyə hazırlaşır? - ABŞ, Qərb ölkələri, iri güclər İsrail tərəfindən döyüşəcək
17:14, Bu gün
"Turan Tovuz"un qələbəsinin arxasında Kurban Berdıyevin inancları dayanır? - AÇIQLAMA
17:10, Bu gün
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçildi - FOTO
17:05, Bu gün
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? - AÇIQLAMA
17:01, Bu gün
Zakir Həsənov pakistanlı generalla görüşdü - VİDEO
16:59, Bu gün
Avropada qazın qiyməti qalxır - Azərbaycanı nə gözləyir?
16:58, Bu gün
Bakıda eyni vaxtda leysan və günəşli havaya - SƏBƏB NƏDİR?
16:54, Bu gün
“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
16:53, Bu gün
"Mançester Yunayted" Erik ten Haqla yolları ayırdı - RƏSMİ
16:48, Bu gün
Qəzada ölən Ramalla bağlı ürəkparçalayan detal - Son paylaşımı üzə çıxdı - VİDEO
16:44, Bu gün
Metroda nə baş verir? - Nəqliyyat ekspertindən SƏRT REAKSİYA
16:39, Bu gün
UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı - FOTOLAR
16:35, Bu gün
Bakının bu küçəsində velosiped zolaqları çəkildi - FOTO
16:31, Bu gün
Azad olunan ərazilərdə nə qədər mina aşkar edilib?
16:28, Bu gün
Sumqayıtda ustanı elektrik cərəyanı vurdu
16:25, Bu gün
Bərdə terroru qurbanlarının xatirəsi yad edilib - FOTOLAR
16:22, Bu gün
Tanınmış azərbaycanlı xanımın həyat yoldaşı İSLAM DİNİNİ QƏBUL ETDİ- FOTOLAR+ VİDEO 
16:20, Bu gün
Macarıstanın Mathias Corvinus Collegium Universitetinin nümayəndə heyəti BDU-da - FOTO
16:16, Bu gün
Uğurlu əməkdaşlıq əlaqələri...
16:12, Bu gün
Bakıda DƏHŞƏT: məktəblinin asılmış meyiti tapıldı
16:08, Bu gün
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH + FOTO
16:06, Bu gün
"Mənim yəhudilərlə heç bir problemim yoxdur" - Mahmud Abbas
16:03, Bu gün
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO
16:01, Bu gün
İsrail-İran müharibəsinin talehi belə HƏLL OLUNACAQ
15:58, Bu gün
Hindistanlı iş adamı sevimli itinə milyonlarla dollar miras qoydu - FOTO
15:54, Bu gün
Bakıda ən çox buranı su basır – Meriya bu qurumu QINADI: “Onlar məsuliyyət daşıyır”
15:50, Bu gün
Heydər Əliyevin təriflədiyi qazax kəşfiyyatçı: Onun hərbi hissəsi erməniləri Kürdəmir yoluna buraxmayıb - FOTO
15:46, Bu gün
“Videolara baxıb deyirəm ki, bu mən deyiləm” - VİDEO
15:42, Bu gün
COP29: Bakı iqlim konfransında yeni maliyyə hədəfini müəyyənləşdirmək mümkün olacaqmı? - TƏHLİL
15:38, Bu gün
"WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
15:35, Bu gün
Lənkərandakı tarixi qala bərpa ediləcək
15:31, Bu gün
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
15:27, Bu gün
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
15:23, Bu gün
Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...
15:19, Bu gün
Azərbaycanda bu şəxslər daha çox PENSİYA alacaqlar - ŞAD XƏBƏR!
15:14, Bu gün
“Bizi ürəyin içində göstərsəydilər, nə edərdin?” - VİDEO
15:08, Bu gün
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
15:03, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
14:58, Bu gün
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
14:54, Bu gün
“Azərişıq” paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırır - VİDEO
GÜNLÜK
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
AYLIQ
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"